Mübariz Qurbanlı: Helsinki Komissiyasının sənədini tam qərəzli hesab edirik
22.12.2015 [09:49]
“Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində Azərbaycanda dini sahə ilə bağlı irəli sürülən əsassız fikirləri təkzib edən sübutlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsi ilə ABŞ Konqresinə çatdırılacaq”.
Trend-in məlumatına görə, bunu de-kabrın 21-də jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı deyib ki, Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində gülməli məqamlar var: “Guya Azərbaycanda baptistlərə, protestantlara qarşı hansısa ayrı-seçkilik var, məhdudlaşdırma həyata keçirilib. Bu, absurd və gülünc fikirlərdir. Bu barədə fikirlərimizi iki gün əvvəl bizimlə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya da çatdırdım və müvafiq sənədləri də təqdim etdim. Göstərdik ki, Azərbaycanda baptistlərin, protestantların, lüteranların ayrıca icmaları var. Bütövlükdə xristian dininə aid bütün cərəyanların, təriqətlərin icmaları Azərbaycanda azad şəkildə fəaliyyət göstərir. Yalnız o icmalara icazə vermirik ki, radikal xarakterlidirlər və pravoslav və katolik kilsələri öz ölkələrində onlara icazə vermirlər”.
Komitə sədri qeyd edib ki, layihədə Yeqova şahidlərinin də adı çəkilir: “Yeqova şahidlərinin Azərbaycanda icması da, fəaliyyəti də var. Xristian icmaları içərisində Azərbaycana ən çox kitab idxal edən də bu icmadır. O kitabların yayılmasını qadağan etmişik ki, onlar bütövlükdə xristian dünyasında qadağan edilib. Bildirdim ki, bu kitabları Fransada, İtaliyada, Almaniyada, Böyük Britaniyada yayılmağa qoymurlarsa, Azərbaycan da bunu edir. Ona görə də Helsinki Komissiyasının sənədini tam qərəzli hesab edirik”.
M.Qurbanlı sonra deyib ki, Helsinki Komissiyasının layihəsinin indiki şəraitdə ortaya çıxması təxribat xarakterlidir və Konqresdə dəstəklənəcəyinə inanmıram: “İnanmıram ki, konqresmenlər belə bir qərəzli sənədə səs vermiş olsunlar, ABŞ hökuməti də bu sənədin həyata keçməsinə şərait yaratsın. Sadəcə, belə bir sənədin ortada olması və müzakirəyə çıxarılması təxribat xarakterli bir hərəkətdir. Helsinki Komissiyasında Kristofer Smit adlı ermənipərəst konqresmenin fəallığı ilə bu sənəd ortaya çıxıb. Biz bu layihənin əsassız və qərəzli olduğunu ABŞ ictimaiyyətinə çatdırmalıyıq. Bizim sahə üzrə məsələləri biz faktiki olaraq ABŞ səfirliyi vasitəsi ilə Konqresə çatdırmışıq və bundan sonra da müəyyən sənədləri göndərərək dinlə bağlı göstərilən məqamların doğru olmadığını bildirəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

