“Foreign Policy News”: Azərbaycanda parlament seçkiləri demokratik normalara uyğun keçirilib
04.12.2015 [10:08]
Amerikanın analitik xəbər portalı “Foreign Policy News” psixiatriya doktoru Mellori Mossun “Azərbaycanda parlament seçkilərinin dərsləri” sərlövhəli məqaləsini dərc edib. O, cari ilin noyabrında Azərbaycanda keçirilən parlament seçkilərində ABŞ-dan beynəlxalq müşahidəçi kimi iştirak edib. M.Moss beynəlxalq münasibətlər sahəsində böyük təcrübəyə malikdir. O, əhalinin kütləvi məhv edilməsi, o cümlədən Sudanda soyqırımının psixoloji fəsadları problemlərini araşdıran layihələrdə iştirak edib.
Müəllif məqalədə yazır ki, Azərbaycan dini və etnik qruplara münasibətdə tolerantlıq sahəsində öz mütərəqqiliyi və yüksək reputasiyası, qərbyönlü strateji dünyagörüşü ilə tanınır.
M.Moss qeyd edir ki, o, psixoloq kimi əvvəllər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən azərbaycanlı əhalinin etnik təmizlənməsinin nəticələri, bir milyondan çox qaçqın və məcburi köçkünlərin ağır vəziyyəti haqqında yazıb. Ekspert bu dəfə fikrini Azərbaycanda siyasi sistemin ədaləti üzərində cəmləyib.
M.Moss iyirmi illik səsvermə təcrübəsinə malik amerikalı seçici kimi yazır ki, Azərbaycanın seçki təcrübəsindən çox şey öyrənmək olar. O, seçkilərin şəffaf prosesini təmin etmək məqsədilə səs vermiş seçicilərin identifikasiyası üçün görünməz mürəkkəblərdən istifadənin üstünlüyünü qeyd edir, demokratik proseslərin dünya standartlarına uyğun olmaq üçün azərbaycanlıların səsvermə prosesini daim təkmilləşdirməyə hazır olmasını vurğulayır. Müəllif qeyd edir ki, ABŞ-da tətbiq edilən “gerrymandering” kimi seçkiqabağı fırıldaqlar Azərbaycanda yoxdur. “Gerrymandering” seçki dairələrinin əsassız demarkasiyasıdır. Bu, siyasi qüvvələr nisbətinin süni dəyişdirilməsi məqsədilə tətbiq edilir. M.Moss vurğulayır ki, Azərbaycanda seçki dairələri coğrafi-inzibati bölgülərə müvafiq gəlir və nəticələrin nisbətinin dəyişdirilməsinə imkan vermir.
Müəllif beynəlxalq müşahidə missiyalarına münasibətdə Azərbaycanın obyektivliyindən danışaraq bildirir ki, respublika rəhbərliyi müxtəlif ölkələrdən, o cümlədən Almaniya, İsrail, İtaliya və ABŞ-dan çoxsaylı müşahidəçiləri dəvət etmişdi. M.Moss sual edir: “ABŞ sonuncu dəfə bunu nə vaxt edib?”. O, daha sonra yazır ki, gənc müstəqil Azərbaycan dövlətinin hökuməti seçkiləri müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) dəvətnamə göndərib. Lakin bu təşkilat Azərbaycana yüzlərlə müşahidəçi göndərməkdə israrlı olub, Azərbaycan isə özünün seçki dairələrinin sayına müvafiq, yəni 125 müşahidəçi göndərilməsini xahiş edib. Sonda DTİHB inadkarlıq edərək müşahidəçilərini parlament seçkilərinə göndərməkdən imtina edib. Müəllif öz mənbələrindən əldə etdiyi məlumatlara əsaslanaraq qeyd edir ki, əslində, Azərbaycan daha çox müşahidəçi qəbul etməyə hazır idi. Lakin o, DTİHB-nin nə üçün bu ölkəyə başqa ölkələrdən daha çox müşahidəçi göndərməyə çalışmasını bilmək istəyirdi. Nəticədə DTİHB dialoqdan imtina edib. Bunun əvəzində Azərbaycanda parlament seçkiləri haqqında neqativ məqalələr dərc edilməyə başlandı. Müəllif vurğulayır ki, DTİHB-nin müşahidə missiyasının gəlməsinə maneə Azərbaycan yox, bu qurumun özü olub.
Sonda M.Moss yazır ki, seçkilər Azərbaycanda şəffaf keçib və bütün demokratik normalara uyğun olub. Bu, onu təsdiqləyir ki, azərbaycanlılar, həqiqətən, azad və ədalətli seçkilərin keçirilməsinə can atırlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

