Dünya ictimaiyyəti Sumqayıt hadisələri barədə ilk mənbədən məlumat alacaq
27.11.2015 [09:59]
“Sumqayıtda erməni soyqırımı olmayıb. Ona görə ki, əgər bu hadisəni Azərbaycan tərəfi təşkil etmiş olsaydı, orada ermənilərin heç biri salamat qalmazdı”.
1988-ci ildə SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq, Sumqayıt hadisələri ilə əlaqədar cinayət işinin təhqiqatını aparmış Vladimir Kaliniçenkonun bu sözləri jurnalist-politoloq Səadət Qədirovanın noyabrın 26-da AZƏRTAC-da təqdimatı keçirilən “Sumqayıt hadisələri barədə ilk mənbədən” adlı kitabında yer alıb.
Səadət Qədirova Beynəlxalq Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü, TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, xarici siyasət sahəsində ekspert, politoloqdur. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Denverdəki Amerika Universitetinin məzunudur.
Baş redaktor Yaşar Quluzadə təqdimat mərasimini açaraq bildirib ki, bu kitabın yazılması ideyası AZƏRTAC-a məxsusdur. Kitabın əsas məziyyəti ondan ibarətdir ki, burada təhqiqatı aparmış müstəntiqin dilindən səslənən obyektiv məlumata görə, Sumqayıt hadisələrinin təşkilatçılarını axtarmamaq və xüsusən onları aşkar etməmək barədə o vaxt Moskvadan göstəriş verilmişdi. Sumqayıt hadisələri Azərbaycana və azərbaycanlılara qarşı məkrlə hazırlanmış, xalqımızı dünya birliyinin gözündən salmağa, “vəhşi” və “qaniçən” azərbaycanlı obrazını dünyaya göstərməyə, azərbaycanlıların və ermənilərin eyni arealda yaşamasının mümkünsüzlüyü təsəvvürünü yaratmağa yönəlmiş mənfur aksiya idi.
Kitabın redaktoru, AZƏRTAC-ın baş redaktoru Tamilla Nuriyeva Sumqayıt hadisələrini təhqiq etmiş müstəntiqlə müsahibə əsasında kitab hazırlamaq ideyasının necə yaranması barədə danışıb. O deyib ki, azərbaycanlı müəlliflər tərəfindən bu mövzuda bir sıra qiymətli kitablar yazılıb. Lakin AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun qarşıya qoyduğu vəzifə ondan ibarət idi ki, bu işin açılmasında iştirak etmiş şəxsin fikirləri əsasında material hazırlamaqla azərbaycanlıların “vəhşilikləri” barədə mif dağıdılsın. T.Nuriyeva deyib: “Bizə Sumqayıt hadisələri barədə həqiqət lazım idi. Bu kitab mötəbər mənbədir. Bu, həmin illərdə əlində böyük hakimiyyət olan bir insanın şahidliyidir”.
Müəllif Səadət Qədirova kitabın necə ərsəyə gəlməsi barədə məlumat verərək deyib: “Sumqayıt hadisələrinə görə Azərbaycana qarşı ədalətsizlik məni çox üzür. Azərbaycanda doğulmasam da, burada yaşamasam da bu ədalətsizliyin ağırlığını burada doğulmuş insanlardan heç də az hiss etmirəm. Düşünürəm ki, bu kitab bütün qərəzli hücumlardan qorunmaq üçün ucaldılan binada bir kərpic olacaq”.
Təqdimat mərasimində çıxış edən tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova müəllifin peşəkarlığını yüksək qiymətləndirib. E.Axundovanın fikrincə, bu kitabın əsas dəyəri ondadır ki, Vladimir Kaliniçenko iki mühüm faktı təsdiq edib. Birincisi, bu hadisələri əsla “erməni soyqırımı” hesab etmək olmaz. İkincisi, həmin hadisələr ovaxtkı SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil edilib. “Vladimir Kaliniçenko vicdanlı müstəntiqdir. O, nə Azərbaycanın, nə də Ermənistanın tərəfindədir, o, ədalət tərəfdarıdır”, - deyən deputat bu kitabın Moskvada da təqdim olunmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Asim Mollazadə də Səadət Qədirovanın jurnalist əməyinə yüksək qiymət verib və təklif edib ki, müasir informasiya texnologiyalarından istifadə etməklə bu kitab internetdə, sosial şəbəkələrdə yerləşdirilsin və digər dillərə tərcümə edilsin. Qoy beynəlxalq ictimaiyyət Sumqayıt hadisələrinin kimin tərəfindən və nə məqsədlə törədilməsi barədə həqiqəti bilsin.
“Avrasiya İttifaqı” Vəkillər Kollegiyası sədrinin müavini Tükəzban Sultanova təqdimat mərasimində çıxış edib. Onun fikrincə bu kitabın dəyərli cəhəti istintaq prosesinin bilavasitə iştirakçısının dedikləri əsasında yazılmasıdır. Vəkil deyib: “Ermənilər Sumqayıt hadisələri barədə yalan məlumatlar yaymaqla bu hadisələri ermənilərin kütləvi şəkildə qırılması kimi qələmə verirlər. Müstəntiq isə deyir ki, onda olan məlumata görə talanlar zamanı həlak olmuş 26 nəfərdən 21-i erməni, 5-i isə azərbaycanlıdır. Deməli, Sumqayıt hadisələri kütləvi iğtişaşdır, belə hadisələr isə bütün dünyada, o cümlədən Avropada, Rusiyada da baş verir”.
Vəkil hesab edir ki, bu kitab əsasında ictimai rəy formalaşdırmaqla Sumqayıt hadisələrinə ədalətli qiymət verilməsinə nail olmaq mümkündür.
Kitabın təqdimatından əvvəl AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Səadət Qədirova ilə görüşüb.
Görüşdə qeyd edilib ki, AZƏRTAC və TASS agentlikləri arasında əlaqələr yüksək səviyyədədir, hər iki agentlik həm ikitərəfli formatda, həm də beynəlxalq informasiya strukturları çərçivəsində fəal əməkdaşlıq edir. Bildirilib ki, Sumqayıt hadisələri barədə kitabın nəşri bu hadisələrə dair həqiqi faktların aşkara çıxarılmasına böyük töhfədir. Kitabda bu hadisələrin istintaqının bilavasitə iştirakçısının dilindən səslənən faktların şərhi həqiqətin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Səadət Qədirova qeyd edib ki, kitabın ərsəyə gəlməsində AZƏRTAC-ın yaradıcı kollektivinin çox böyük zəhməti var və buna görə olduqca minnətdardır.
Görüşdə, həmçinin Azərbaycanın tarixi və mədəniyyətinə dair müştərək layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

