Qərb yenə də öz köhnə ambisiyalarından əl çəkmək istəmir
16.09.2015 [10:06]
Yaxud Avropa Parlamentinin məlum anti-Azərbaycan qətnaməsi ilk növbədə Qərbin neokolonialist ambisiyalarının növbəti təzahürüdür
Avropa Parlamentinin məlum anti-Azərbaycan qətnaməsini mən, ilk növbədə, Qərbin neokolonialist ambisiyalarının növbəti təzahürü hesab edirəm. Tarixən Şərq xalqlarına ağalıq etmək iddiasında olan, onların maddi və mədəni sərvətlərini talan edən, xalqların minilliklərlə formalaşmış milli-mədəni və mental xüsusiyyətlərini nəzərə almadan yeni yaşam tərzini onlara diktə edən Qərb yenə də öz köhnə ambisiyalarından əl çəkmək istəmir. Bu siyasətin Ərəb Şərqində hansı fəlakətlərə gətirib çıxardı göz önündədir. Yüz minlərlə insan həlak olub, yurd-yuvasından qaçqın-köçkün düşüb, şəhərlər, qiymətsiz tarixi abidələr xarabalığa çevrilib, insanlar səfalət, humanitar fəlakət, dərd-ələm, müharibənin bütün dəhşətləri ilə üzləşiblər. Bu günlərdə 3 yaşlı məsum suriyalı körpənin Aralıq dənizinin sularına qərq olmuş cəsədinin görüntüləri bütün bəşəriyyəti dəhşətə gətirdi. Bu məqamda böyük rus yazıçısı F.M.Dostoyevskinin sözləri yada düşür: “Heç bir, hətta ən gözəl belə ideya bir körpənin göz yaşına dəyməz”. Yaranmış xaos, özbaşınalıq və hərbi əməliyyatlardan doğan yeni hərəkat - İŞİD bu gün region üçün çox böyük təhlükəyə çevrilib.
İndi Azərbaycana müdaxilə etməyə çalışırlar, hansısa şərtlər diktə edirlər. Anti-Azərbaycan qətnamə kimlər tərəfindən hazırlanıb hamımıza yaxşı məlumdur. Rus yazıçısı A.A.Qriboyedovun məşhur kəlamı var: “Mühakimə edən kimlərdir? (A sudği kto)”.
Avropa Parlamenti o təşkilatdır ki, 1987-ci ildən bədnam erməni genosidini tanıyıb. 2015-ci ilin 15 aprelində isə Avropa İttifaqının bütün ölkələrini erməni genosidini tanımağa çağıran və 24 aprel Aİ-də erməni genosidi qurbanlarının xatirə günü elan edilməsi haqqında qətnamə qəbul etdi. Bu qətnamə ilə, eyni zamanda, Türkiyəyə müraciət olunurdu ki, erməni genosidini tanısın. Bizlərdə məsəl var: “De dostun kimdir, deyim sən kimsən”. Odur ki, belə qətnaməni qəbul edənlər yalnız ermənilərin dostları, ermənipərəst qüvvələrdir. Bəs Xocalı qətliamını, 1 milyon azərbaycanlı qaçqın-köçkünü, 20 faiz işğal olunmuş Azərbaycan ərazilərini psevdodemokratlar görmürlərmi, niyə bu haqda qətnamələr qəbul etmirlər, bumudur Avropa demokratiyası?
Görünür məşhur ingilis yazıçısı Kiplinq haqlı imiş yazanda: “Şərq Şərqdir, Qərb isə Qərb, onlar heç vaxt bir araya gəlməyəcəklər”. Tarixən öz mədəni inkişafına və intellektual potensialına görə əksər Avropa xalqlarını arxada qoyan xalqımızın ermənipərəst qüvvələrin müdaxiləsinə və tövsiyələrinə heç bir ehtiyacı yoxdur. Elə həmin avropalılar əsrlərlə bütün Şərq xalqların, o cümlədən Azərbaycan xalqının maddi və mədəni sərvətlərini talamış, minlərlə misilsiz sənət əsərlərini Avropa muzeylərinə daşımışlar.
Biz hamımız Azərbaycan adlı gəminin sərnişinləriyik. Böyük, çətin bir yola çıxmışıq. Bu yolda bizi hər növ təhlükə və təxribat gözləyir. Mənzil başına uğurla çatmaq hər birimizdən asılıdır. Bunun üçün gəmi kapitanı - Prezidentimizin ətrafında sıx birləşməli, intizama ciddi riayət etməli, hər növ təxribatı və hərc-mərcliyi rədd edərək vahid ideya, məram ətrafında güclü, ərazicə bütöv, çiçəklənən Azərbaycan naminə sıx birləşməliyik. Buna Prezidentimiz cənab İlham Əliyevin milli maraqlara xidmət edən müstəqil siyasəti zəmanət verir.
Son olaraq Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini pisləyirəm və müvafiq cavab addımları atmağı məqsədə uyğun sayıram.
GÖVHƏR BAXŞƏLİYEVA,
millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun
direktoru, f.ü.e.d., professor,
AMEA-nın müxbir üzvü
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

