Milli Məclisin növbədənkənar iclası keçirilib
15.09.2015 [09:56]
İclasda Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub
Dünən Milli Məclisin növbədənkənar iclası keçirilib. İclasda Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli, qeyri-obyektiv qətnaməsi müzakirə olunub. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, məsələ ilə əlaqədar Milli Məclisin 49 deputatı tərəfindən növbədənkənar iclasın keçirilməsi ilə bağlı müraciət daxil olub: “Biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son 2 ildə bir neçə dəfə bu təşkilat bizim ölkəmiz barəsində ədalətsiz mövqeyini nümayiş etdirmişdir. Amma bu dəfə Avropa Parlamenti, necə deyərlər, bütün çərçivələri aşmışdır. Hələ mən adi cinayət faktlarının siyasiləşdirilməsini, məhkəmə sisteminə müdaxilə edilməsini demirəm. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulmuş, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılmışdır”.
O.Əsədov bildirib ki, hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edəndə biz çalışırdıq ki, yaranan məsələlər tarazlaşdırılmış şəkildə yoluna qoyulsun, müəyyən hədləri keçməməyə diqqət yetirilsin. Bir çox məsələləri açmırdıq. Amma axırda vəziyyət başqa şəkil aldı.
“Mən Avropa Parlamentinin sədri M.Şultsu korrupsiyaya qurşanmış lobbiçi qruplaşmalarla işbirliyinə son qoymağa çağırıram. Hesab edirəm ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələl gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqelərini zəiflətməkdir. Bununla əlaqədar Dağlıq Qarabağdakı qondarma rejimin başçısı B.Saakyan kimi terrorçunun Avropaya səfərlərinin təşkil edilməsini xatırlatmaq istəyirəm. Bütün bu addımlarda məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə mane olmaq, Azərbaycan ərazisinin işğalının nəticələrinə haqq qazandırmaqdır.
Azərbaycan parlamenti olaraq biz həmişə beynəlxalq təşkilatlar ilə dialoq və əməkdaşlığın tərəfdarı olmuşuq. Bu istiqamətdə xeyli iş görmüşük. O cümlədən Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasının yaradılmasında iştirak etmişik. Biz ümid edirdik ki, Azərbaycanla bağlı məsələlər öncə bu qurumlarda müzakirə olunacaq və həmin müzakirələr problemlərimizin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həllinə kömək edəcəkdir. Əvəzində nə gördük? Son 2 ildə bu komitənin heç bir iclası keçirilmədi. Nə Avronestin, nə də digər beynəlxalq təşkilatların sənədlərinə Dağlıq Qarabağla bağlı 1 bənd də daxil edilmədi. Paritetdən danışıb Dağlıq Qarabağ problemini qulaqardına vurdular. Bu təşkilatlarla əməkdaşlığa yenidən baxmalıyıq. Eyni zamanda, hesab edirəm ki, Azərbaycana qarşı yönəlmiş haqsızlığa münasibət bildirmək üçün Nazirlər Kabinetinə də müraciət etməliyik. “Şərq tərəfdaşlığı” proqramında Azərbaycanın iştirakının məqsədəuyğun olub-olmaması məsələsini qaldırmağı tövsiyə etməliyik. Bizi istəyənlər də, istəməyənlər də bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra heç kəsin himayəsi altına girməyəcək, heç kəsin buyruğu ilə hərəkət etməyəcək, öz müstəqil siyasətini yeridəcəkdir. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər.
Azərbaycanda xalqla iqtidar arasında sarsılmaz birlik vardır. Biz bundan sonra da möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşərək bizə qarşı yönələn bütün qəsdləri dəf edəcəyik”, - deyə spiker vurğulayıb.
“Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır. Bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir”. Bu fikri isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Z.Əsgərov deyib ki, Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır: “Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar”.
Z.Əsgərov bildirib ki, Avropa Azərbaycana təzyiq etməyə çalışır: “Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıb. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?”
Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z.Əsgərov bəyan edib ki, indi Misir, Liviya, Suriya, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: “Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var”.
Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə bütün azərbaycanlılar üçün təhqirdir. Onun fikrincə, kimsə bundan istifadə etməyə çalışırsa, onların arasında əlaqə var. B.Muradova, ilk olaraq, soydaşlarımıza səslənərək bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyindən çıxış etməyə çalışın: “Azərbaycanı Avropa ilə əlaqələri kəsməkdə ittiham etməyin. Azərbaycan bunda maraqlı deyil”.
Vitse-spiker qeyd edib ki, Azərbaycan illər ərzində çox tribunada çıxışlar, çağırışlar edib: “Beynəlxalq tribunalarda çıxışlarımızın, çağırışlarımızın əsasında beynəlxalq hüququn prinsipləri dayanıb. Ancaq bizə qarşı qərəzli mövqe nümayiş olunur”.
O, bu tipli sənədlərin qəbulunda görünən və görünməyən tərəflərə diqqəti yönəldib: “Bu qətnamənin arxasında çox gizli hədəf və məqsədlər dayanıb. Nəyə görə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi haqqında sənədlərinin icrasına belə qəti çağırış edilmir? Son illərdə baş verən hadisələr göstərir ki, Avropanı heç də dövlətlərin ərazi bütövlüyü narahat etmir. Bu təşkilatlar qarşılarına dövlətlərin müstəqilliyinin sarsılması və ərazi bütövlüyünün pozulması kimi məqsəd qoyublar. Belə hadisələr onların işlərinə yarayır. Əsl mənada fundamental insan haqlarına düzgün yanaşan təşkilatları bu qurumlarla bir sıraya qoymamalıyıq. Bunu təkcə Azərbaycan tipli ölkələrə yönəlmiş qərəz kimi qəbul etmirəm. Avropa Parlamentinin qəbul etdiyi qətnamə cinayətkarcasına bütün Avropa xalqlarına yönəlmiş qərardır. Bu, ilk növbədə avropalıların həyatına təsir edəcək. Avropalılara üzümü tutub deyirəm ki, özünüzü bu məsələlərdən kənarda bilməyin. Bu, dini, irqi və etnik ayrı-seçkiliyə gətirib çıxaran siyasətdir”.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə deyib ki, Avropa Parlamentinin bu qətnaməsi Milli Məclisdə çox ciddi müzakirə olunmalı və ona layiqli cavab verilməlidir. Onun sözlərinə görə, Avropa Parlamenti tələsik, seçkiqabağı böhtan və yalanlarla dolu bu qətnaməni qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu: “Bəlkə də, uzun müddət bu zərbənin altından çıxa bilməyəcək. Bundan sonra onların deyəcəkləri sözlər, qəbul edəcəkləri qərarlar heç bir ciddi əhəmiyyət kəsb edə bilməz. Ona görə ki, yalnız Azərbaycanın yox, bütün dünyanın, Avropanın gözü qarşısında onlar ölkəmizə qarşı təhrikçi və məsuliyyətsiz bir addım atdılar. Sual olunur, niyə Avropa deputatları manipulyasiya edərək haqq sözə qulaq asmadılar? Bunun yalnız bir səbəbi var: Azərbaycan müstəqil siyasət apararaq, dünyada söz sahibinə çevrilib. Dövlətimiz kiminsə diktəsi ilə deyil, öz xalqının maraqları ilə hərəkət edir. Ən əsası isə bu gün Azərbaycan iqtidarı işğal edilmiş torpaqlarını ATƏT-in Minsk qrupundan, Avropa Parlamentindən kənar azad etmək iqtidarındadır. Budur onları qorxuya salan”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iyul ayında Prezident İlham Əliyev beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni konsepsiyasını hazırlamaq barədə tövsiyə verib: “Bu gün toplaşmağımız bu baxımdan da əhəmiyyətlidir. İlk dövrdən Avronest Parlament Assambleyasının niyyəti bizə şübhəli gəlirdi. Bu qurum yarananda biz təklif edirdik ki, onun fəaliyyət sahəsinə münaqişəli zonalar məsələsini də salaq, ancaq dedilər ki, yox, biz mədəniyyət və başqa istiqamətdə əməkdaşlıq edəcəyik. Lakin sonradan Ukrayna problemi ilə bağlı məsələni gündəmə saldılar. İndi Azərbaycanı korrupsiyada ittiham edirlər. Bizim hüquq-mühafizə orqanları həbs edilən şəxslərlə beynəlxalq donorlar arasında əlaqələri bir qədər də araşdırsalar, bəlli olar ki, son zamanlar qətnamə qəbul edən, danışan avropalı deputatlar da bu prosesdə var, onlar da ifşa olunur. Bizim üçün Azərbaycan xalqının fikirləri, seçkilərdə mövqeyi vacibdir. Biz Azərbaycanla münasibətləri olan Avropa İttifaqı ölkələrinin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatın fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir. Hesab edirəm ki, bundan sonra da Azərbaycanda Heydər Əliyev siyasəti davam edəcək”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Avropa Parlamentinin üzvləri müəyyən qüvvələrin sifarişi ilə hərəkət edirlər. Onun sözlərinə görə, rüşvət və korrupsiya girdabında boğulan mənəvi dəyərləri tapdalayan bu kəslər indi bizə mənəviyyat dərsi vermək iddiasına düşüblər: “Onlar 1 milyon qaçqının taleyindən yox, cinsi azlıqların durumundan narahatdırlar. Təkcə bu fakt onu göstərir ki, Avropa Parlamentində oturan bəzi siyasətbazlar Avropada baş alıb gedən qlobal problemlərin həlli, insanları qaçqın və köçkün gününə salan münaqişələrin aradan qaldırılması, dünyada sülhün və sabitliyin bərqərar olması üçün çalışmaq əvəzinə, cılız bir işlə məşğul olurlar. Yaxşı olar ki, onların təmsil olunduqları ölkələr kimləri Avropa Parlamentinə nümayəndə göndərdikləri haqqında bir daha götür-qoy etsinlər. Məhz məsuliyyət hissini itirən belə siyasətbazlar ucbatından bu qurumun onsuz da nüfuzdan düşmüş imicinə yeni zərbələr vurulur. Zənnimcə, Azərbaycanla bağlı qətnaməyə imza atanlar “qara siyahı”ya düşmək üçün “çox layiqli namizədlər”dir və hesab edirəm ki, üzvü olmadığımız Avropa İttifaqı ilə münasibətlərimizə də yenidən baxmalıyıq. Çünki ölkəmizə qarşı belə münasibət artıq neçənci dəfədir ki, baş verir. Prezident İlham Əliyev növbəti ilin dövlət büdcəsi ilə əlaqədar keçirdiyi müşavirədə bildirmişdir ki, Azərbaycanda sabitliyi pozmağa və burada “Maydan hərəkatı” yaratmağa can atan qüvvələr var. Onlar müstəqil siyasət yeridən Azərbaycanın uğurlarından çox narahatdırlar. Ancaq bu qüvvələr anlasınlar ki, Azərbaycan dövlətçiliyi möhkəm təməllər üzərində qurulub.
Bildirmək istəyirəm ki, bu kağız parçası Azərbaycana qarşı yönəlmiş növbəti çox uğursuz bir cəhddir. Ona görə ki, Azərbaycan Prezidentinin apardığı düşünülmüş və uzaqgörən siyasət xalqın dəstəyinə əsaslanır, ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifah halının yaxşılaşmasına yönəlmişdir. Məhz bunun nəticəsidir ki, ölkə rəhbərliyi ilə xalqın birliyi getdikcə daha da möhkəmlənir, xalqımız öz Prezidenti ətrafında daha sıx birləşərək Onu çox yüksək səviyyədə dəstəkləyir, inanır və etibar edir. Bu, günümüzün reallığıdır, bundan sonra da belə olacaq”.
“Avropa Parlamentində “ALDE qrup”un təşəbbüsü ilə qəbul olunan qətnamə Azərbaycana qarşı açıq qərəzə və ədalətsiz mövqeyə söykənir. Sənəddə Azərbaycan reallıqları tamamilə təhrif olunur, ölkəmizlə bağlı əsassız ittihamlar irəli sürülür. Ümumən isə, bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur”. Bunu isə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və “Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici Sahibə Qafarova deyib.
Millət vəkilinin sözlərinə görə, bir sıra avropalı siyasətçilərin ikiüzlü, riyakar fəaliyyətlə məşğul olması, konkret sifariş həyata keçirməsi artıq çoxdandır müşahidə olunan bir haldır: “Biz bunu konkret olaraq ölkəmizə münasibətdə də bir neçə dəfə müşahidə etmişik. Bilirsiniz ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. 25 ildən artıqdır davam edən sülh danışıqları məhz Ermənistan dövlətinin təxribatçı fəaliyyəti və müxtəlif manipulyasiyalarla danışıqlardan yayınması səbəbindən heç bir nəticə verməyib. Buna görə də elə Ermənistanla yanaşı, onun bu cür təxribatçı, hüquqdan kənar və beynəlxalq ədalət prinsiplərinə saymazyana davranışlarına göz yuman Qərb dövlətləri də məsuliyyət daşıyır”.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, parlament seçkiləri ərəfəsində Avropa Parlamentinin ölkəmiz haqqında növbəti dəfə qəbul etdiyi qərəzli qətnamə sifarişlidir. Və məqsəd seçki ərəfəsində Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır. M.İbrahimqızı qeyd edib ki, Azərbaycan dövlətinin güclənməsi, müstəqil siyasət həyata keçirməsi bəzi xarici qüvvələrin xoşuna gəlmir. “Ona görə də müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqlər edirlər. Avropa Parlamentinin qətnaməsinin mahiyyətində də bu amil dayanır. Azərbaycan dövləti həyata keçirdiyi siyasətdə milli maraqlarımızın təmin olunmasına əsaslanır. Bu səbəbdən dövlətimiz bu məsələdə daim öz prinsipiallığını qoruyur. Hesab edirəm ki, bundan sonra belə təşkilatlardan ciddi məsələlərlə bağlı obyektiv, ədalətli münasibət gözləmək mümkün deyil. Eyni zamanda, Avropa Parlamentindən də konstruktiv əməkdaşlıq gözləməyə dəyməz”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev çıxışında bildirib ki, Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsi yolverilməzdir. Onun sözlərinə görə, bu sənəd ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsidir: “Biz bu təşkilatlarla bağlı qəti qərarımızı verməliyik. Bu qüvvələr bilməlidir ki, Azərbaycan heç kimin diktəsi ilə hərəkət etməyəcək, özünün müstəqil siyasəti ilə daim uğurlar qazanacaq”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Avropa Parlamentinin qəbul etdiyi son qətnamə Azərbaycana qarşı təzyiq cəhdlərinin davamıdır: “Bu, parlament seçkiləri ərəfəsində dövlətimizin imicinə xələl gətirmək cəhdidir. Müəyyən xarici dairələr bəzi ölkələr kimi Azərbaycanı da alət kimi istifadə etməyə çalışırlar. Amma bütün təzyiqlərə baxmayaraq, milli maraqların qorunmasını əsas tutan Azərbaycanın müstəqil, tarazlaşdırılmış siyasət aparması onları ciddi narahat edir”.
S.Fətəliyeva bildirib ki, əslində, bu gün Avropanın özü ciddi problemlər məngənəsindədir. Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycandakı vəziyyəti müzakirəyə çıxarmaq əvəzinə, Avropanın üzləşdiyi problemlərə diqqət yetirsə, yaxşı olar: “Bu gün Avropada baş verən islamofobiya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyalarının hayata keçirilməsi hər kəsə bəllidir. Amma bu qədər problemlər fonunda cinsi azlıqların hüquqlarını əsas tutaraq, mühüm məsələlərə göz yumulur. Avropalılar siyasətə ikili standartların tətbiqi ilə, özləri öz əlləri ilə “müqəddəs” Avropa dəyərlərini məhv edəndən sonra kimdənsə nəyisə tələb etmək hüququnda deyillər”.
İclasda həmçinin millət vəkilləri Leyla Abdullayeva, Tahir Rzayev, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Elton Məmmədov, Azay Quliyev, Vahid Əhmədov, Çingiz Əsədullayev və başqaları çıxış edərək Avropa Parlamentinin qətnaməsini pisləyiblər. İclasın sonunda Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub. Qərarı vitse-spiker Valeh Ələsgərov oxuyub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05

