Amerikalı siyasi şərhçi Raul Kontreras: Ermənistan? Bütün maddələr üzrə günahkardır
10.07.2015 [09:56]
ABŞ-da çıxan “The Hill” qəzetində siyasi şərhçi Raul Kontrerasın “Müharibə, yalan və məhkəmə” sərlövhəli məqaləsi dərc olunub (http://thehill.com/blogs/pundits-blog/international/247133-war-lies-and-courts). Məqalədə Ermənistan-Azərbaycan münaqişəsindən, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edilməsindən və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işinə dair bu yaxınlarda qəbul etdiyi qərardan söz açılır.
R.Kontreras yazır ki, həmin işlə bağlı son sənədə görə, münaqişə başlayan vaxtdan indiyə qədər Ermənistan Azərbaycana qarşı təcavüzə və ölkənin az qala 5 min kvadratmil ərazisini işğal etməsinə görə məsuliyyət daşıyan tərəfdir. R.Kontreras Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından Azərbaycana qarşı təcavüzdə bilavasitə Ermənistanın rolunu, o cümlədən onun Xankəndidəki oyuncaq rejimə birbaşa hərbi, siyasi və maliyyə yardımını təsdiq edən faktları sitat gətirir.
Müəllif vurğulayır ki, Avropa Məhkəməsi öz qərarı ilə “erməni təbliğatının ayaqlarını kəsib”. “Çiraqov və digərləri Ermənistana qarşı” işi ilə bir gündə “kiçik şəxsi mülkiyyət üzrə (“Sarkisyan Azərbaycan əleyhinə”) çıxarılan məhkəmə qərarına işarə edən R.Kontreras daha sonra yazır ki, erməni məddahları hələ də diqqəti Ermənistanın Azərbaycana təcavüzündən yayındırmağa çalışır. Qərarda deyilir ki, Azərbaycan iddiaçının Azərbaycanın Qarabağ regionunda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki “minalanmış əmlakının” qaytarılmasının qarşısını alıb. Bu, “sürücünün maşını yanlış yerdə saxladığına görə cərimə olunması ilə sürücünün avtobus dayanacağında 10 nəfəri basıb keçəndən sonra hadisə yerindən qaçmasını müqayisə etməyə bərabərdir”.
Şərhçi yazır ki, “Ermənistan son 25 ildə Azərbaycanın Dağlıq Qarabağ regionundakı separatçılar dəstəsini maliyyələşdirib, onları hərbi sursat, əsgər, habelə siyasi dəstəklə təmin edib”. O qeyd edir ki, bu banditlər Azərbaycanın ərazisində hərbi cinayətlər törədiblər. 1992-ci il fevralın 26-da Xocalıda 600-dən çox kişi, qadın və uşağın qətlə yetirilməsi bu cinayətlərdən biridir. Həmin cinayət “Human Rights Watch” hüquq müdafiə təşkilatı tərəfindən sənədlərlə əsaslandırılıb.
Müəllif sonda yazır: “Ermənistan? Bütün maddələr üzrə günahkardır”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

