Senator Natali Qule: Azərbaycan Cənubi Qafqazda bizim sülhməramlı müttəfiqimizdir
19.06.2015 [09:42]
“Azərbaycan Cənubi Qafqazda bizim sülhməramlı müttəfiqimizdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “opinion-internationale.com” saytına müsahibəsində Fransa Senatının üzvü Natali Qule deyib.
Senator bildirib ki, tənqidçilər Azərbaycanda “demokratik keyfiyyətlər”in tanınmadığını iddia edirlər.
“Azərbaycan 24 yaşı olan çox gənc bir ölkədir. O, aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”, - deyə Fransa Senatının üzvü söyləyib.
Senator qeyd edib ki, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir.
“Heç nə bir günə tikilə bilməz. Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Amma anti-kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir ölkədə keçirilən Oyunlarda iştirak edir. Həmçinin Ermənistan Azərbaycan hökümətinin və erməni idmançılarının cəsarətli addımı sayəsində bu Oyunlarda təmsil olundu”, - deyə N.Qule əlavə edib.
Geostrateji baxımdan Azərbaycanın Avropa ilə müttəfiq olduğunu vurğulayan senator deyib: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu ölkə, həmçinin neft, qaz və kənd təsərrüfatı sahəsində də Fransa üçün mühüm ticarət tərəfdaşıdır. Azərbaycan sürətlə inkişaf edir. Hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib. Azərbaycan tamamilə dünyəvi respublikadır. Burda sinaqoqlar, kilsələr var, yəhudilərə, xristianlara digər azsaylı xalqlara heç bir problem yoxdur. Müsəlman ölkə olmasına baxmayaraq, İsrail ilə də sıx diplomatik əlaqələri var. Burada heç vaxt antisemist problemlər olmayıb. Azərbaycan radikal islama qarşı mübarizə aparır və İŞİD-ə qarşı müttəfiqlər arasında yer alır”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

