/ / Mübariz Qurbanlı: Qeydiyyatsız fəaliyyət göstərən, yaxud qeydiyyatdan keçmiş, lakin qanunları pozan icmalar ləğv ediləcək
Mübariz Qurbanlı: Qeydiyyatsız fəaliyyət göstərən, yaxud qeydiyyatdan keçmiş, lakin qanunları pozan icmalar ləğv ediləcək
09.06.2015 [09:49]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə kəndində məscidlərdə qeyri-qanuni fəaliyyət göstərən, QMİ-yə tabe olmaqdan imtina edən dini icmalarla bağlı qaldırdığı məsələ ilə əlaqədar araşdırmaya başlayıb.
Komitə sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, bu məscidlərdə icma yoxdur. M.Qurbanlının sözlərinə görə, həmin məscidlər hüquqi baxımdan qeydiyyata alınmadan fəaliyyət göstərir: “Bu gün Azərbaycanda 2050 məscid var. Bunun 1600-ü fəaliyyətdədir, qalanı tarixi abidə kimi qorunur. Fəaliyyət göstərən məscidlərin bir qisminin qeydiyyat məsələsi hələ də həll olunmamış qalır”.
Qeydiyyatsız məscidlərin sayını və adını açıqlamayan Komitə sədri deyib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində yaranmış vəziyyətdən istifadə edənlər ölkədə bir sıra məscidlər tikib, rəsmiləşdirilməsini həyata keçirməyiblər: “Orada insanlar yığışıb, özlərindən axund və ya imam seçiblər. Həmin məscidlər qeyri-rəsmi fəaliyyət göstərir. O axund və ya imam əmək haqqı da almır. Dövlətin də buna indiyə qədər yumşaq münasibət nümayiş etdirməsinin səbəbi dini inancla bağlıdır. Yəni imkan verilib ki, insanlar yığışıb ibadət edə bilsinlər. Amma bunu rəsmiləşdirmək lazımdır. Bu işlə məşğuluq. Rəsmiləşən məscidlərdə qanuni icmalar yaradılacaq və QMİ tərəfindən ora rəsmi axund, yaxud imam təyin olunacaq”.
M.Qurbanlı bildirib ki, qeyri-qanuni fəaliyyət göstərən, yaxud qeydiyyatdan keçmiş, lakin qanunları pozan icmalar məhkəmə yolu ilə ləğv ediləcək: “Artıq bir neçə icma məhkəmə yolu ilə ləğv olunub, elə icmalar da var ki, özü özünü buraxıb”.
Komitə sədri bu məsələ ilə bağlı proseduru da izah edib: “Məscidlərə dindarların təyinatı QMİ-nin səlahiyyətindədir. QMİ o yerlərə rəsmi din xadimi təyin edir ki, orada rəsmi dini icma var. O yerdə dini icma yarana bilər ki, həmin məscidin hüquqi ünvanı var. Hüquqi ünvan da odur ki, həmin məscid yerli icra hakimiyyətində reyestrə daxil olur və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən də qeydiyyata alınır. Məscid qeydiyyata alınıbsa, orada icma yaratmaq olar”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

