Avstraliyanın “The Canberra Times” qəzetində ilk Avropa Oyunları barədə məqalələr dərc olunub
30.05.2015 [11:36]
Avstraliyada nəşr edilən nüfuzlu “The Canberra Times” qəzetində Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məqalələr dərc olunub.
Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin təşəbbüsü ilə dərc olunan “Bakıda ilk Avropa Oyunları keçiriləcək” və “Həyəcanlandırıcı yeni idman hadisələri” adlı məqalələrdə qeyd edilir ki, Azərbaycan iyunun 12-28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarının iştirakçılarını - idmançıları və turistləri qəbul edəcək.
Bildirilir ki, zəngin mədəni tarixə malik olan ölkəmiz Avropa Olimpiya Komitəsinin 2012-ci ilin dekabrında qəbul etdiyi qərara əsasən, ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu barədə qərarı məsuliyyətlə qarşılayan Azərbaycan son iki ildə yeni idman obyektlərinin inşası və əvvəlkilərin təmiri məqsədilə böyük əzmkarlıq nümayiş etdirib. Avropa Oyunlarının yüksək peşəkar səviyyədə keçirilməsi üçün Bakıda yeni Olimpiya Stadionu inşa olunub. Vurğulanıb ki, bu Oyunlar təkcə insanların sağlamlığına şərait yaradan idman obyektləri deyil, eyni zamanda, yüksək səviyyəli nəqliyyat və yol infrastrukturunun yaradılmasına da imkan yaradıb. Eyni zamanda, ölkə gənclərinin və qadınların idmana marağını artırıb və inşa olunan obyektlərdə çoxsaylı iş yerləri açılıb.
Məqalələrdə ilk Avropa Oyunlarında 50 ölkədən 6 mindən çox idmançının 253 medal dəsti uğrunda mübarizə aparacağı barədə məlumatlara da yer verilib.
Vurğulanıb ki, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən və zəngin mədəni irsə malik olan müasir Azərbaycan artıq bütün dünyada böyük beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil edildiyi mərkəz adını qazanıb. Son illər burada 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı, “Eurovision” kimi nəhəng tədbirlər keçirilib. Bu tədbirlər Azərbaycanın infrastrukturunun müasirləşməsinə, yeni idman obyektlərinin inşasına, onlayn-rabitənin inkişafına böyük təkan verib. Azərbaycanın qarşıdakı illərdə İslam Həmrəylik Oyunlarına, Formula-1 yarışına, Beynəlxalq Şahmat Olimpiadasına ev sahibliyi edəcəyi də qeyd olunub.
Azərbaycanın həm də tolerant ölkə kimi tanındığı, burada müxtəlif dinlərin və icmaların sülh şəraitində yaşadığı xüsusi vurğulanıb. Avstraliyalıları ilk Avropa Oyunlarına qatılmağa dəvət edən müəlliflər onları Azərbaycanda yüksək qonaqpərvərliyin, dostluq münasibətinin, zəngin mətbəxin və əsrarəngiz təbiətin gözlədiyini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27

