/ / Birinci Avropa Oyunlarının əhəmiyyəti Avropa Şurasının sosial məsələlər üzrə iclasında yüksək qiymətləndirilib
Birinci Avropa Oyunlarının əhəmiyyəti Avropa Şurasının sosial məsələlər üzrə iclasında yüksək qiymətləndirilib
23.05.2015 [10:04]
Xəbər verdiyimiz kimi, Moldovanın paytaxtı Kişineuda Avropa Şurası Parlament Assambleyasının Avropa Sosial Nizamnaməsi üzrə alt-komitəsinin “Şərq əməkdaşlığı çərçivəsində sosial hüquqların möhkəmləndirilməsi: Avropa Sosial Nizamnaməsi üzrə müzakirə” adlı parlament iclası keçirilib. Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Yunanıstan parlamentlərinin sosial hüquq məsələləri komitələrinin üzvləri üçün nəzərdə tutulan iclasda ölkəmizi Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, komitənin sədr müavini Musa Quliyev, deputatlar İlham Məmmədov, Sədaqət Vəliyeva və Sevinc Hüseynova təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, iclasda “Qanunvericilikdə və onun tətbiqində sosial hüquqlar”, “Sosial hüquqlarla bağlı standartların həyata keçirilməsi sahəsində çağırışlar və imkanlar” mövzularında keçirilən müzakirələrdə Milli Məclisin deputatları fəal iştirak ediblər.
Məruzəçi qismində çıxış edən Avropa Şurasının Parlament Assambleyasının nümayəndələri Avropa Sosial Xartiyasının dövlətlər tərəfindən icra olunmasının reallıqlarını diqqətə çatdırıblar. Bildirilib ki, Fransa istisna olmaqla, Avropa Şurasına daxil olan ölkələrin heç biri Avropa Sosial Xartiyasının bütün maddələrini qəbul etməyib.
İclasda iştirak edən Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan nümayəndələri ölkələrindəki mövcud ağır sosial-iqtisadi vəziyyət haqqında danışıb, eyni zamanda, qeyd ediblər ki, qlobal dünya böhranı fonunda cərəyan edən ictimai-siyasi proseslər nəticəsində Avropa Sosial Xartiyasının tələblərinin tam yerinə yetirilməsi mümkün olmayıb.
“İş prosesində əmək təhlükəsizliyi” və “Qloballaşan iqtisadiyyatda sosial dialoq problemləri” mövzuları ətrafında aparılan müzakirələrdə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycandakı sosial durum haqqında ətraflı məlumat verib, ölkəmiz tərəfindən Avropa Sosial Xartiyasının 18 maddəsinin ratifikasiya edildiyini və daha 4 maddə üzrə sənədləşmə işlərinin aparıldığını diqqətə çatdırıb. H.Rəcəbli xüsusi olaraq, statistik rəqəmləri və faktları diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanda Avropa Sosial Xartiyasının ratifikasiya edilmiş maddələri yüksək səviyyədə həyata keçirilir.
Müzakirələrdə bildirilib ki, Azərbaycanda əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nı təsdiqləyib. Bu sahədə prioritet istiqamətlərin reallaşdırılması nəticəsində son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan da 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi həllini tapıb və bunun səviyyəsi təxminən 5 faiz civarındadır. Eyni zamanda, əmək prosesində texnogen ölüm və yaralanma halları da son 10 il ərzində iki dəfə azalıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və parlamentin digər deputatları da müzakirələrdə çıxış edərək, iştirakçı ölkələrdəki mövcud münaqişələrdən danışıblar. Bildirilib ki, münaqişə amili, ikili standartlar Avropa Sosial Xartiyasının bütün maddələrinin reallaşdırılmasına mane olur.
Azərbaycan nümayəndə heyəti iclas iştirakçılarına Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində görülmüş işlər haqqında da geniş məlumat verib, həmçinin bəzi Avropa institutlarının, siyasətçilərinin Azərbaycana qarşı tutduğu qərəzli və ikili standartlı mövqeyini sərt şəkildə tənqid ediblər.
Çıxışlarda iştirakçı ölkələrin nümayəndələri görülən işləri çox yüksək qiymətləndirib və ilk Avropa Oyunlarında iştirak etmək arzularını bildiriblər.
Milli Məclisin deputatları eyni zamanda, Moldovadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb, onlara ölkəmizdəki mövcud sosial-iqtisadi və ictimai-siyasi proseslər haqqında məlumat verib, ilk Avropa Oyunları ilə əlaqədar gedən hazırlıq işlərindən danışıblar. Diaspor nümayəndələri də öz növbələrində Moldovada onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və Azərbaycanda qitəmiqyaslı idman yarışlarının keçirilməsini yüksək dəyərləndiriblər.
Eyni zamanda, Azərbaycan nümayəndə heyəti və diaspor nümayəndələri Kişineudakı görüş zalında mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın zamanı vəfat etmiş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, ailələrinə və yaxınlarına başsağlığı veriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

