Milli Məclisin deputatı Rauf Əliyev Strasburqda səfərdə olub
23.05.2015 [09:37]
Fransanın Strasburq şəhərində Avropa Şurasının “İdman üzrə genişləndirilmiş müqavilə” təşkilatının (EPAS) İdarə Heyətinin iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak ediblər.
Tədbirdə Avropa Şurasının Konvensiyalar Komitəsi tərəfindən həyata keçirilmiş fəaliyyətlər və Avropa Şurasının “İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nın üzv ölkələr tərəfindən imzalanıb ratifikasiya edilməsi sahəsindəki vəziyyət barədə ümumi məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri iclas zamanı çıxış edərək ölkəmizdə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi məqsədi ilə “Bədən tərbiyəsi və idman” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildiyi barədə məlumat veriblər. İlk dəfə keçirilən Avropa Oyunları ərəfəsi qəbul edilən bu qərar mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Avropa Şurasının “İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nın ratifikasiya edilməsi üçün görülən müvafiq işlər barəsində məlumat verilib. Bildirilib ki, Azərbaycan Avropa Şurasının “İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nı 17 sentyabr 2014-cü il tarixdə İsveçrənin Makolin şəhərində keçirilmiş Avropa Şurasının idman nazirlərinin 13-cü konfransı zamanı imzalayıb.
İclasda, “İdmanda gender məsələləri”, “Uşaq və gənc idmançıların miqrasiya ilə bağlı təhlükələrdən müdafiəsi” və “Qəfəsdə döyüş kimi qaydasız döyüşlərin qadağan olunmasına” dair tövsiyələrin müzakirəsi zamanı həmin tövsiyələrin ölkələrdə həyata keçirilməsi vəziyyəti barədə ekspertlərin fikirləri dinlənilib, milli səviyyədə idman nazirliyinin və federasiyaların birgə fəaliyyətinin vacibliyi vurğulanıb və bu sahədə ən yaxşı təcrübələrin toplanması və internet vasitəsi ilə yayılması qərara alınıb.
Tədbir çərçivəsində ölkəmizi təmsil edən nümayəndələr iştirakçılara gələn ay ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı ətraflı məlumat verib, tanıtım materialları paylayıblar.
İclasda müzakirə edilən əsas mövzulardan biri də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin EPAS Katibliyi ilə birgə 13 iyun 2015-ci il tarixdə Bakı şəhərində “İrimiqyaslı idman tədbirlərində sosial davamlılığın dəstəklənməsi” mövzusunda Avropa Şurası idman nazirlərinin qeyri-formal görüşünün təşkili olub. Adı çəkilən tədbirdə ilk Avropa Oyunlarının açılış mərasiminə artıq qeydiyyatdan keçmiş 30-a yaxın idmana məsul nazirlərin iştirakı gözlənilir. Səfər çərçivəsində, həmçinin, EPAS Katibliyinin icraçı direktoru Stanislas Frossardla görüş zamanı Avropa Şurası idman nazirlərinin qeyri-formal görüşünün təşkilati məsələləri ilə bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

