Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tanınmış misirli jurnalist AZƏRTAC-ın qonağı olub

Tanınmış misirli jurnalist AZƏRTAC-ın qonağı olub

19.05.2015 [09:36]

“Əl-Mısri əl-Yaum” qəzeti AZƏRTAC-la sıx əməkdaşlıq etmək istəyir. Agentliyinizin materialları bizim qəzetin səhifələrində yayımlana bilər.
Bu sözləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Misirin tanınmış jurnalisti, “əl-Mısri əl-Yaum” qəzetinin redaktorunun müşaviri xanım May Azzam deyib.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana gələn misirli jurnalist ölkəmizin artan nüfuzunun və inkişafının doğurduğu informasiya axınının KİV-in, xüsusilə xəbər agentliklərinin üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edərək, bu sahədə AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirib.
Baş direktor AZƏRTAC-ın beynəlxalq əlaqələrindən danışaraq bildirib ki, agentlik bir sıra mötəbər media təşkilatlarının rəhbərliyində təmsil olunur, onların işində yaxından iştirak edir. O, qeyd edib ki, AZƏRTAC 2016-2019-cu illərdə iki beynəlxalq media təşkilatına - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına və Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.
Görüşdə, həmçinin müasir dünyada medianın vəziyyəti, ənənəvi KİV-in üzləşdiyi problemlər və onların həlli yolları barəsində fikir mübadiləsi aparılıb.
Misirli qonaq AZƏRTAC-ın fotoinformasiya baş redaksiyasının, multimedia və videoxəbər şöbəsinin işi ilə də tanış olub.

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30