Əli Həsənov: Siyasi partiyalarla birbaşa dialoqun aparılması ümummilli mahiyyət daşıyır
16.05.2015 [11:50]
Mayın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə növbəti görüşü olub.
AZƏRTAC xəbər verir ki, Əli Həsənov siyasi partiyalarla görüşün artıq ənənə halı aldığını söyləyib. Prezident Administrasiyasının rəsmisi bildirib ki, istər hakimiyyət institutu, istərsə də siyasi partiya olsun, biz hamımız Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsiyik. Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, orada hakimiyyətlə siyasi partiyaların dialoquna ehtiyac yaranır. Siyasi partiyalarla həmin məsələlər ətrafında fikir mübadiləsi aparmaq, onların rəylərini, təkliflərini dinləmək və sonda qəbul olunan qərarların daha optimal variantını seçmək baxımından belə dialoqlar mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti dövlət idarəçiliyində, dövlətimizin maraqlarının daxildə və xaricdə təmin olunmasında, Azərbaycan siyasətinin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının də rəylərinin nəzərə alınmasına xüsusi önəm verir. Buna görə də siyasi partiyalarla birbaşa dialoqun aparılmasını və bu məsələlərin birlikdə müzakirə olunmasını aktual hesab edirik.
Əli Həsənov ötən görüşdən sonra siyasi partiyalardan bugünkü tədbirin mövzuları ilə bağlı müəyyən təkliflərin daxil olduğunu vurğulayıb. O, qeyd edib ki, onların arasında ümumi maraqlara xidmət edəcək və hazırda Azərbaycan cəmiyyəti üçün aktual hesab olunacaq təkliflər olmayıb.
Prezidentin köməkçisinin sözlərinə görə, bununla yanaşı, hazırda təklif olunub ki, Azərbaycan cəmiyyətini daha çox maraqlandıran, onun gündəmində duran əsas məsələ - birinci Avropa Oyunlarının keçirilməsi, onun təşkili və bu mötəbər idman yarışına daxildə və xaricdəki münasibət mövzusu müzakirə edilsin. Hesab olunub ki, cəmiyyətin aparıcı siyasi institutları da bu məsələdən kənarda qalmamalıdır. Ona görə də bugünkü görüşün gündəminə bu məsələni çıxarmağı düşünürük. Eyni zamanda, görüşdə siyasi partiyaları maraqlandıran cari məsələləri də müzakirə edə bilərik.
Görüşdən sonra mətbuata açıqlamasında Əli Həsənov iki saat yarım ərzində səmərəli müzakirələrin aparıldığını bildirib: “Əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə hamının razılığı ilə gündəmə əsas məsələ ilə bərabər, cari məsələlərin də daxil edilməsi qərara alındı. Siyasi partiya sədrlərinə imkan yaradılmalıdır ki, təkcə əsas məsələni deyil, həmçinin onları və təmsil etdikləri siyasi tərəfdaşlarını narahat edən, Azərbaycan cəmiyyətində yaşanan digər məsələləri gündəmə çıxarıb hakimiyyət nümayəndəsi ilə müzakirə etmək imkanına malik olsunlar. Belə də oldu. Gündəmin əsas məsələsi olan birinci Avropa Oyunlarının keçirilməsi ilə yanaşı, bəzi cari məsələlər də qaldırıldı. Bilirsiniz ki, birinci və ikinci görüşdə bəzi məhbusların azad edilməsi mövzusu gündəmə gətirilmişdi. Məsələ bu gün bir daha qaldırıldı və həmin şəxslərin əfv olunması ilə bağlı müraciətlərin dövlətimizin başçısına təkrar çatdırılması xahiş olundu”.
Prezidentin köməkçisi vurğulayıb ki, siyasi partiyaların rəhbərləri ictimai-siyasi proseslərdə iştirak, siyasi plüralizm, partiyaların maddi təminatı, qərargahla təmin edilməsi, sosial qayğılar, bank kreditləri və digər məsələlərə toxundular. Bu məsələlərin bəzilərinə dərhal münasibət bildirildi, bəziləri ətrafında isə sonrakı görüşlərdə fikir mübadiləsinin aparılması qərara alındı.
Əsas məsələ ilə bağlı məlumat verən Əli Həsənov deyib: “Əksər siyasi partiya sədrlərinin fikri ondan ibarət oldu ki, birinci Avropa Oyunları Azərbaycan dövləti və xalqı üçün çox mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlər Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verir və onların keçirilməsi məqsədəuyğun hesab edilməlidir. Bu tədbir imkan verir ki, mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz, ölkədəki ictimai-siyasi vəziyyət, cəmiyyətdə tolerantlığın səviyyəsi, regiondakı mövqelərimiz və s. barədə mesajlarımızı dünya ictimaiyyətinə çatdıraq”.
Əli Həsənovun sözlərinə görə, görüşdə həm də belə bir ümumi rəy ifadə olunub ki, birinci Avropa Oyunları Azərbaycana idman infrastrukturunu genişləndirməyə, bu sahədə resurslarını artırmağa və gələcəkdə daha böyük tədbirlərə - Olimpiya Oyunlarına ev sahibliyi etməyə əlverişli şərait yaradır. Bu yarışlar Azərbaycan dövlətinə özünü dünyaya təqdim etmək üçün bir vasitədir. Bu vasitədən istifadə edib səylərimizi o istiqamətə yönəltməliyik ki, Azərbaycanın reallıqlarını, problemlərini dünya ictimaiyyətinə çatdıraq, əleyhdarlarımızın ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdlərinə imkan verməyək.
Prezidentin köməkçisi görüşə ümumi qiymət verərək bildirib: “Düşünürəm ki, bu dialoqun, görüşün alternativi yoxdur. Siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı institutlarıdır. Cəmiyyətimizdə yaşanan və proqnozlaşdırılan bütün məsələlərə onların münasibətini dinləmək hakimiyyət olaraq bizə lazımdır. Dövlətimizin başçısı İlham Əliyev belə düşünür və hesab edir ki, Azərbaycan cəmiyyətində həyata keçirilən bütün məsələlər ətrafında konsensus olmalıdır. Azərbaycan xalqı cənab Prezidentin siyasətini birmənalı şəkildə dəstəkləyir. Siyasi partiyalar da yürüdülən siyasəti təhlil edib ona öz münasibətlərini bildirə bilərlər”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40

