/ / Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini qoruyaraq xilaskarlıq missiyasını məharətlə həyata keçirib
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini qoruyaraq xilaskarlıq missiyasını məharətlə həyata keçirib
13.05.2015 [10:04]
Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin deputatı Siyavuş Novruzov və nazirliyin şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə nazir Kəmaləddin Heydərov və Milli Məclisin deputatı Siyavuş Novruzov Akademiyanın həyətində Ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Nazir bildirib ki, Ulu öndər hakimiyyətdə olduğu dövrlərdə respublikamızın tərəqqisi, xalqımızın rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərib, vətəndaş müharibəsi həddinə çatmış Azərbaycan dövlətçiliyini qoruyaraq xilaskarlıq missiyasını məharətlə həyata keçirib. Ulu öndərin möhkəm bünövrəsini qoyduğu dövlətçiliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib, respublikamızın beynəlxalq nüfuzu artıb. Ölkəmizin iqtisadi sahədə əldə etdiyi böyük nailiyyətlər və dinamik inkişaf Azərbaycanı dünyada nüfuzlu ölkələrdən birinə çevirib.
“İyunda Bakıda keçiriləcək ilk Avropa Oyunları təkcə idman tədbiri deyil, Avropanın bizə olan inam və etibarıdır”, - deyə vurğulayan nazir diqqətə çatdırıb ki, qarşıdan gələn beynəlxalq miqyaslı tədbir ölkəmizin regional lider imicinin və dünya birliyindəki yerinin möhkəmlənməsində müstəsna rol oynayacaq.
Son illər iqtisadiyyatımızın daha da inkişaf etdiyini, insanların həyat səviyyəsinin yüksəldiyini diqqətə çatdıran Kəmaləddin Heydərov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə məsul olan Fövqəladə Hallar Nazirliyinə göstərdiyi daimi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən bəhs edərək bildirib ki, Ulu öndər hər zaman xalqına, dövlətinə xidmət edib, hakimiyyətdə olduğu bütün dövrlərində respublikamızın inkişafı, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması üçün yorulmadan çalışıb. Məhz Onun titanik səyləri, müdrikliyi və uzaqgörənliyi sayəsində dağılmaq təhlükəsindən xilas olan Azərbaycan dünyada söz sahibinə çevrilib. Ulu öndərin müəyyən etdiyi mütərəqqi siyasi xətt bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

