ABŞ-ın müstəqil “US-Television” telekanalı xüsusi buraxılışını Azərbaycana həsr edib
13.05.2015 [09:55]
ABŞ-ın müstəqil “US-Television” telekanalı xüsusi buraxılışını Azərbaycana həsr edib.
AZƏRTAC xəbər verir ki, xüsusi buraxılışda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən promo-çarxlar, ölkəmizin siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri yer alıb. Proqramda ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələr barədə oxuculara ətraflı məlumat verilib.
Xüsusi buraxılışda qeyd olunur: “Azərbaycan müxtəlif mədəniyyətlərin fərqliliyini özündə birləşdirən Şərq ilə Qərb mədəniyyətinin qovuşuğunda yerləşən əsrarəngiz ölkədir. Azərbaycan bu gün özünü dünyaya yeni məcrada tanıdır. Bu zəngin ölkə İpək yolunun üzərində yerləşir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan özünün inanılmaz uğur hekayəsini yazmağa başlayaraq artıq innovasiyalar mərkəzinə çevrilib. Azərbaycan Cənubi Qafqazın mədəni mərkəzi olmaqla yanaşı, həmçinin kosmopolit mərkəzi hesab olunur. Odlar Yurdu uzun illərdir ki, müxtəlif mədəniyyətlərin, dinlərin, xalqların birgə dinc yaşayış məskəni olub. Ölkədəki əlverişli investisiya mühiti əhəmiyyətli dərəcədə genişlənib. Dünyadakı iqtisadi böhran tüğyan etsə də, güclü Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi nəticəsində ölkə bu böhranın qarşısını ala bilib. Trans-Adriatik boru kəməri ilə Azərbaycanın enerji ehtiyatları Türkiyə vasitəsilə Avropa bazarına çıxacaq. Azərbaycan inkişafla alovlanır”.
Buraxılışda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin müsahibəsinə də yer verilib. Müsahibədə artıq 30 aylıq hazırlıqları geridə qoyduqlarını bildirən Saymon Kleq bu Oyunların ən çox tələb olunan layihə ola biləcəyini, belə bir mötəbər tədbirin ilk dəfə keçiriləcəyini qeyd edib: “Biz inanırıq ki, bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Azərbaycan xalqının dostluğu diqqət mərkəzində olacaq. Biz artıq bir çox komandaları bir yerə yığa bildik. Bakı dünyanın ən cazibədar şəhərlərindən biridir. Düşünürük ki, Avropa Oyunları bu ölkəni yeni məcrada təqdim edəcək və ölkənin gələcəyinə mühüm təsir göstərəcək”.
Buraxılışda Avropanın 6 mindən çox idmançısının 17 gün ərzində 16 Olimpiya və 4 qeyri- Olimpiya yarışlarında iştirak edəcəkləri bildirilib. Bunlardan 12-nin “Rio-2016” Olimpiadasına lisenziya xarakteri daşıyacağı qeyd olunub. Proqramda Heydər Əliyev Mərkəzi, Tofiq Bəhramov adına stadion, Milli Gimnastika Arenası və digər idman qurğuları barədə ətraflı məlumat verilir. Şəhərin və hər bir müasir tikilinin möhtəşəm cəlbedici işıqları ilə axşamlar daha da canlanmağa başladığını bildirən müəllif Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu diqqətə çatdırır.
Proqramın digər müsahibləri Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, energetika naziri Natiq Əliyev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Paşa Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun sədri Rüfət Məmmədov, “Azərfon”un baş direktoru Kent Maknili, marketinq direktoru Maks Fyodorov, “Absheron Hotel Group” MMC-nin direktoru Mark Harald Ehler və başqalarıdır.
Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açıblar.
Proqramda “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyindən, “Şahdəniz Mərhələ 2” və “Cənub” Qaz Dəhlizi layihələrindən, ölkəmizin neft və qaz bazarlarındakı uğurlarından, həmçinin transmilli şirkətə çevrilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq arenadakı fəaliyyətindən və yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksindən bəhs olunur.
Buraxılışda nəhəng aviaşirkətlərdən birinə çevrilmiş “Azərbaycan Hava Yolları”nın həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biri olduğu qeyd olunur. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təyyarə parkının dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirildiyi vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

