Siyavuş Novruzov: Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə əslində bir tarix yazır
09.05.2015 [13:13]
“Avropa Oyunları çox vacib oyunlardır və Azərbaycan tarixində çox böyük əhəmiyyət kəsb edir”.
Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dilə gətirib.
Onun dediyinə görə, bu oyunlar ilk dəfə olaraq keçirilir və Avropa Oyunlarının Azərbaycana salınması onu göstərir ki, Avropa məşəli artıq Azərbaycandan başlayaraq bütün Avropaya yayılacaq.
O, deyib ki, Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə, əslində, bir tarix yazır.
“Yəni, ilk Avropa Oyunlarını keçirən bir ölkə kimi Azərbaycanın adı tarixdə qalır və qalacaq” - deyən YAP İcra katibinin müavini, eyni zamanda vurğulayıb ki, bu Oyunların keçirilməsi sadəcə, adi püşkatma və yaxud başqa bir məsələ ilə əlaqəli deyil: “Təbii ki, bu, səsvermə yoluyladır və səsverməyə də kifayət qədər əsaslar olmalıdır, lazımdır. Əsaslar da ondan ibarətdir ki, gərək, həm ölkənin ictimai-siyasi vəziyyəti, həmçinin, ölkədə idman qurğularının səviyyəsi, o cümlədən, digər məsələlər qaydasında olsun”.
S.Novruzov xatırladıb ki, Azərbaycan bundan öncə də dəfələrlə dünya çempionatlarına, Avropa çempionatlarına, müxtəlif qran-pri yarışlarına çox yüksək səviyyədə evsahibliyi edib: “Digər tərəfdən, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə bütün Avropanın və dünyanın aparıcı dövlətlərinin nümayəndələri, keçmiş prezidentləri, hazırkı prezidentləri, parlament sədrləri, baş nazirləri iştirak edib və görüblər ki, Azərbaycanda bu məsələlərlə bağlı nə qədər yüksək səviyyəli təşkilatçılıq var.
Azərbaycan hər bir tədbirə çox böyük məsuliyyətlə yanaşır və bu da Azərbaycanın həm iqtisadi göstəricisidir, həm də Azərbaycanın demokratik dövlət, azad ölkə olmasının, burada azad fikir, söz azadlığının, insan haqlarının qorunmasının daha bir təsdiqidir. Bu baxımdan da Azərbaycanda reallaşdırılan hər bir tədbir çox yüksək səviyyədə keçirilib.
Bu yaxınlarda elə Avropa Olimpiya Komitəsinin sədri özü qeyd etdi ki, Azərbaycan qısa müddət ərzində belə bir tədbirin keçirilməsinə tam hazır olmasına görə Ginnesin rekordlar kitabına düşə bilər.
Onu da qeyd edim ki, buna qədər də Azərbaycanda çoxlu sayda idman qurğuları, Olimpiya Kompleksləri tikilib, ayrı-ayrı Federasiyaların öz yarışlarını keçirməsi üçün böyük idman zalları formalaşıb. Bunlar hamısı da yüksək standartlara uyğundur ki, bu gün Azərbaycan istənilən dünya çempionatını, Avropa çempionatını, Olimpiya Oyunlarını və digər oyunları keçirməyə tam hazırdır”.
S.Novruzov bununla yanaşı, qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanda olan siyasi sabitlik, Azərbaycanda sosial problemlərin həll olunması, aparılan abadlıq-quruculuq işləri və sair, bunların hər biri bəzi təşkilatların, bəzi dövlətlərin gözügötürməzliyinə səbəb olur: “Xüsusilə də erməni lobbisi, onunla yaxın olan dövlətlər, erməni lobbisinin maliyyəsi ilə maliyyələşən təşkilatlar və digər bu qəbildən olan insanlar var, qurumlar var ki, bu gün Azərbaycanda keçirilən Avropa Oyunlarına qara yaxmaqla məşğul olurlar, “qara piar” kampaniyası aparırlar.
Bu və ya digər şəkildə özlərinin öyrətdiyi, burada ayrı-ayrı cinayətlər törətməklə məsuliyyətə cəlb olunmuş və istintaqda olan adamlara “siyasi məhbus” donu geyindirib Azərbaycanda gedən proseslərə bir ləkə salmaq istəyirlər.
Bu da mümkün olan iş deyil, bütün dünya bilir ki, hər bir yerdə hər kəs törətdiyi cinayətə görə məsuliyyət daşımalıdır. İstənilən bir ölkəni götür, orada vergidən yayınma, xarici kəşfiyyata xidmət etmək, vətənə xəyanət ən ağır cəzalarla cəzalandırılır. Azərbaycanda da müvafiq qanunlar var və bu qanunlarla da həmin adamlar məsuliyyətə cəlb olunublar. Onların həbsinin həmin adamların peşə fəaliyyətinə bağlılığı yoxdur.
O baxımdan da bu gün Azərbaycan tam şəkildə bu Oyunların keçirilməsinə hazırdır. Bunun əsas səbəblərindən biri də xalqla iqtidarın bir yerdə olması, xalqın öz Prezidentini dəstəkləməsidir. Bir-iki müəyyən qüvvələr var ki, erməni lobbisi vasitəsilə maliyyə alır, onları çıxmaq şərtilə, Azərbaycan xalqının 99 faizi bu məsələlərə tam hazırdır və biz ən yüksək səviyyədə bu tədbiri keçirəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

