Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Berlində “ASAN xidmət”in təqdimatı olub

Berlində “ASAN xidmət”in təqdimatı olub

06.05.2015 [10:06]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyətinin Berlinə səfəri çərçivəsində “ASAN xidmət”in təqdimatı olub.
Səfər çərçivəsində mayın 4-də Dövlət Agentliyinin nümayəndə heyəti ilə Almaniya Bundestaqının deputatı və Almaniyanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Yürgen Klimke, bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aksel Fişer, Almaniya Federal Xarici və Daxili İşlər nazirliklərinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri, habelə Almaniya parlamentində Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə dostluq qrupunun rəhbəri xanım Karin Strenz və qrupun digər üzvləri arasında görüşlər keçirilib.
Agentliyin sədri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. O, bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. “ASAN xidmət”in hüquqi-formal xüsusiyyətləri və dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması baxımından uğurlu və nümunəvi model olaraq üstünlükləri diqqətə çatdırılıb. Qeyd edilib ki, son iki ildə mərkəzlərə müraciət edən 5 milyona yaxın vətəndaşın məmnunluğu təmin edilib.
Görüşlər zamanı Almaniya rəsmiləri dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin zəruriliyini vurğulayıblar.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafından və bu əməkdaşlığın daha da inkişafına “ASAN xidmət”in töhfəsindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və bu sahədə dövlət dəstəyinin rolu və beynəlxalq miqyasda fəaliyyəti barədə məlumat verib.
Nümayəndə heyətinin səfəri XVIII “Səmərəli idarəetmə 2015” mövzusunda keçirilən Konqresdə iştirak çərçivəsində davam edir.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31