Azərbaycanın inkişaf yolu
05.05.2015 [10:16]
Yaxud qələbə məşəlimiz tezliklə işğal olunmuş torpaqlarımızda da alovlanacaq
Azərbaycan 24 ilə yaxındır ki, müstəqilliyini qoruyub saxlayır və inkişaf edir. Bu, zaman baxımından çox qısa bir tarix olsa da, həmin zaman kəsiyində tarixdə görünməmiş bir inkişaf yolunu keçmək çox az dövlətlərə məxsus olan bir nailiyyətdir. Əlbəttə, bu, müstəqil Azərbaycan dövlətinin memarı, Ulu öndərimiz Heydər Əliyevin titanik zəhmətinin təcəssümüdür...
Məlum olduğu kimi, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla ilk Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. Bu, çox böyük bir nailiyyətdir. Çünki regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə bir əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcək.
Məlumdur ki, ölkəmizdə 10 il ərzində 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirləri keçirilib. Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə Dünya çempionatlarının Bakı şəhərində ən yüksək səviyyələrdə təşkil olunması Beynəlxalq Olimpiya ailəsində ölkəmizə tam inam yaratmışdır. Bununla yanaşı, reallaşdırılan nəhəng infrastruktur layihələri paytaxt Bakını dünyanın ən gözəl şəhərləri sırasına daxil etmişdir. Eyni zamanda, ölkəmizdə nəhəng və müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycan artıq Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır.
2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən, Dünya Kuboku - 2015 və Şahmat Olimpiadasının Bakıda keçirilməsi hüququnun əldə edilməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır.
Ötən zaman müddətində birinci Avropa Oyunlarına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər görülüb. Təbii ki, bütün hazırlıq işləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.
Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır. Avropa Oyunları miqyasında yarışların təşkil edilməsi üçün ev sahibliyi etmək hüququ qazanan ölkələrə adətən 7 il vaxt verilir, Azərbaycanın isə bütün hazırlıq işlərini həyata keçirmək üçün cəmi 2,5 il vaxtı olub. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi işgüzar komandanın böyük əzmkarlığı sayəsində Azərbaycan birinci Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirməkdədir. Artıq ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək bu mötəbər idman tədbirinə ev sahibliyi etməyə tam hazırdır.
Ölkəmizin paytaxtında start veriləcək birinci Avropa Oyunlarının miqyası da kifayət qədər böyükdür. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki birinci Avropa Oyunlarının çox innovativ olacağını və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcəyini xüsusi nəzərə çatdırıb. Bildirib ki, onların sayəsində atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar: “Sonra onlar 2016-cı ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar”.
Vurğulandığı kimi, Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, gələcək Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşəcək.
Beləliklə, ilk Avropa Oyunları Azərbaycanın tarixində tamamilə yeni bir səhifə açır. “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasından hər birimiz qürur duyuruq. Bu hadisə, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək.
Birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür.
Məlum olduğu kimi, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Belə ki, Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırdı. Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı və təbii ki, ilk Avropa Oyunlarının məşəlinin bütün bölgələrdə alovlanması qürurvericidir. İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və qələbə məşəlimiz həmin torpaqlarda da alovlandırılacaq.
İlham MƏMMƏDOV
Millət vəkili
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

