/ / Azərbaycanın bu gün əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir
Azərbaycanın bu gün əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir
05.05.2015 [10:15]
“Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları uğurlu gələcəyə aparan yolun başlanğıcıdır. Onların dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir, ən çətin məqamlarda düzgün seçim etməyə geniş imkan yaradır. Bu baxımdan “Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir” fikri müstəqilliyimizin ilk illərindəki Azərbaycanın bugünkü Azərbaycanla müqayisəsi fonunda daha aydın ifadəsini tapır”. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Ayaz Orucov www.yap.org.az saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, tarixi ilə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Sovet birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu yolun başlanğıcını qoydu. Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında hər iki dövrdə dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini önə çəkərək, bugünkü uğurların təməli kimi dəyərləndirir.
Ulu öndər Heydər Əliyevin ölkənin hərtərəfli inkişafında iqtisadi tərəqqini əsas amil kimi önə çəkdiyini də vurğulayan A.Orucov qeyd edib ki, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub.
“İqtisadi imkanların genişlənməsi hər sahədə uğurlu addımların atılmasına zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları bir-birini əvəzləməyə başladı. Azərbaycana artan inam imzalanan neft və qaz müqavilələrinin, Anlaşma Memorandumlarının sayında da özünü göstərdi. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri gerçəkliyə çevrildi. Bu gün artıq dünya “Cənub” qaz dəhlizinin perspektivlərindən danışır. Təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Bir layihənin icrasının uğurla başa çatması növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir. Hazırda ölkəmizin iqtisadi və maliyyə imkanları gündəmə gətirilən, eyni zamanda, dövlətimizin maraqlarına uyğun olan hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa imkan yaradır” - deyən, millət vəkili bildirib ki, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir: “Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafını diqqətdə saxlayır. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını vacib amil kimi önə çəkərək, bu istiqamətdə bir-birindən əhəmiyyətli addımlar atır. Regional inkişaf proqramlarını, o cümlədən, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarını təsdiqləməklə, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün stimul yaratdı. Artıq regionların, həmçinin, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı icra olunmaqdadır. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, üçüncü Dövlət Proqramının da icrası digər proqamlar kimi vaxtında başa çatacaq, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaq. Bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlər də bu inamın reallığa əsaslandığını təsdiqləyir. Cari ilin ötən dövrü ərzində ümumi daxili məhsul 5 faizdən çox, qeyri-neft sektoru 7 faiz artıb. Cari ilin birinci rübündə 30 minə yaxın yeni iş yeri açılıb. Bunlardan 25 mini daimi iş yeridir. Məhz iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, 2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranı Azərbaycana heç bir təsir göstərmədi. Əksinə, ölkəmiz iqtisadi inkişafı, uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın diqqətini özünə çəkdi, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qorudu. Azərbaycanın adının 10 islahatçı ölkə arasında ön yerdə çəkilməsi də uğurlu sosial-iqtisadi islahatlara, düzgün təmələ əsaslanan siyasətə söykənir. O da məlumdur ki, Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görüb. Azərbaycan indi özünü donor kimi, həm başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarını təqdim edir. Bu da ölkəmizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da güclənir”.
İlk Avropa oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışan Ayaz Orucov deyib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə idmanın inkişafına xüsusi diqqət yönəltmiş, fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsinə səy göstərmişdir. Bütün fəaliyyəti ilə Ulu öndər Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin bu sahədə biri-birindən daha əhəmiyyətli addımlarından da bunlar aydın görünür.
Təbii ki, beynəlxalq yarışların keçirilməsi böyük məsuliyyət olmaqla, eyni zamanda, Azərbaycan həqiqətlərinin, inkişaf dinamikasının dünyada tanıdılması baxımından da vacibdir. Ümumiləşdirilmiş şəkildə desək, idman sağlamlıqla yanaşı, eyni zamanda siyasətdir. Yarışlarda qazanılan qələbələr hər bir ölkənin təqdimatında əhəmiyyətli rol oynayır.
A.Orucovun sözlərinə görə, Azərbaycanın uğurları, beynəlxalq aləmdə yüksək səviyyədə təqdir olunan inkişaf modelidir. Düzgün təmələ əsaslanan siyasət dayanıqlı inkişaf üçün əsasdır. 24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu inkişaf və tərəqqini uğurlarının davamlılığı fonunda dünyaya nümayiş etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan Ulu öndərin görmək istədiyi kimi inkişaf edir, Onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49

