Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi qeyd olunub
02.05.2015 [09:46]
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi və bu şöbə tərəfdən hazırlanaraq üç dildə çap olunmuş “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin, jurnalistlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin təhsilin, kütləvi informasiya vasitələrinin inkişafına daim böyük önəm verdiyini vurğulayıb, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyi bildirilib.
Cəmiyyətin tərəqqisində, milli düşüncənin, milli şüurun inkişafında, milli ideologiyanın formalaşmasında KİV-lərin mühüm rolundan danışan rektor ölkəmizdə onların tam azad, demokratik şəraitdə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bakı Dövlət Universitetinin tarixi, inkişaf mərhələləri, qazandığı uğurlar barədə məlumat verən akademik A.Məhərrəmov Ümummilli lider Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” kəlamını böyük qürur hissi ilə xatırladıb. Rektor qeyd edib ki, Ulu öndər azad, demokratik mətbuatın da dövlətçilikdə misilsiz rolunu hər zaman yüksək dəyərləndirib.
Universitetin mətbuat və informasiya şöbəsinin fəaliyyətini yüksək dəyərləndirən rektor bu şöbənin 15, BDU-nun 95 illik yubileyinə həsr olunan “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” kitabının əhəmiyyətindən danışıb. Bildirilib ki, bu nəşr universitetin son 15 illik fəaliyyəti barədə KİV-lərdə işıqlandırılan materiallar əsasında hazırlanıb. Kitabda Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı imzaladıqları Fərman və sərəncamlar, rəsmi görüş və tədbirlər barədə məlumatlar, “BDU-nun fəxri doktoru” adı verilmiş görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri haqqında informasiyalar, həmçinin universitetin yerli və beynəlxalq əlaqələri ilə bağlı məlumatlar xronoloji ardıcıllıqla əksini tapıb.
Heydər Əliyev siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən akademik A.Məhərrəmov ölkəmizin dinamik inkişafından söz açıb. Vurğulanıb ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Azərbaycan xalqı xoşbəxtdir ki, onun dahi şəxsiyyət Heydər Əliyev kimi Ümummilli lideri var!
Bakı Dövlət Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “15 illik şərəfli yol” adlı təqdimatla çıxış edib. P.İbrahimova şöbənin fəaliyyət istiqamətləri, əməkdaşlıq etdiyi media qurumları ilə münasibətləri, Facebook, Twitter sosial şəbəkələrində və Youtube kanalındakı fəaliyyəti, universitetin, fakültə, struktur, mərkəz və şöbələrin saytları, onların idarə olunması, “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” kitabı, keçirilən tədbirlər, hər ilin sonunda aparılan mətbuat monitorinqləri və s. barədə danışıb.
P.İbrahimova BDU-nun rektoru, akademik Abel Məhərrəmova “Mətbuat və informasiya şöbəsinin fəxri üzvü” xatirə mükafatını təqdim edib.
Şöbənin media ilə əlaqələrini yüksək qiymətləndirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun “İctimaiyyətlə əlaqələrin qurulmasındakı səmərəli fəaliyyətə görə və 15 illik yubileyi münasibətilə” diplomunu BDU-nun mətbuat və informasiya şöbəsinin müdirinə təqdim edib.
BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, professor Cahangir Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Təhsil Nazirliyinin informasiya şöbəsi müdirinin müavini Cəsarət Valehov, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı və digər çıxış edənlər universitetin mətbuat və informasiya şöbəsinin səmərəli fəaliyyəti və təqdim olunan kitabla bağlı fikirlərini bildiriblər.
Sonra rəhbərlik etdiyi kütləvi informasiya vasitəsində Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımlandığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə bir neçə KİV rəhbəri “BDU-ya informasiya dəstəyi” və “Universitetin dostu” mükafatları ilə təltif ediliblər. Təltif olunanlar arasında “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Baş direktoru Aslan Aslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov və başqaları var.
Bir qrup jurnalist isə fəaliyyət göstərdikləri kütləvi informasiya vasitələrində Bakı Dövlət Universiteti haqqında dolğun, obyektiv və davamlı yazılarına görə mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49

