“Human Rights Watch”dan növbəti qərəzli addım
02.05.2015 [09:16]
Bu ermənipərəst təşkilatın AİB rəhbərliyinə müraciəti onun islamofob dairələrin ölkəmizə qarşı apardığı “qara piar” kampaniyasında yer aldığını sübuta yetirir
Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Əlbəttə ki, Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin beynəlxalq nüfuzunu da artırır. Məhz bu səbəbdəndir ki, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Təxminən 40 gündən sonra ilk Avropa Oyunlarının da paytaxtımızda keçirilməsi buna əyani sübutdur.
Təəssüf ki, Azərbaycanın inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizin nüfuzuna zərbə vurmağa çalışırlar. Bütün bunların başında duran isə xaricdəki antizərbaycançı qüvvələr, islamofob dairələr və erməni lobbisidir. Bu qüvvələrin ölkəmizə qarşı “qara piar” kampaniyasında beynəlxalq miqyasda təzyiq qrupu rolunu oynayan təşkilatlardan xüsusi olaraq istifadə edilir. Bu sırada “Human Rights Watch” da fərqlənir.
Bugünlərdə isə adıçəkilən qurum Asiya İnkişaf Bankına (AİB) və onun səhmdar ölkələrinə Azərbaycan hökumətinə təzyiq göstərməsi üçün müraciət edib. Əslində, bütün dünyaya məlumdur ki, Azərbaycan demokratik dövlətdir və ölkəmizdə insan haqlarının təminatı yüksək səviyyəddir. Amma “Human Rights Watch” kimi təşkilatlar ölkəmizin imicinə zərbə vurmaq üçün demokratiya və insan hüquqları kimi məfhumlardan həmişə istifadə edirlər. İş o həddə çatıb ki, bu təşkilat siyasətə heç bir dəxli olmayan, iqtisadi qurum olan AİB-i də öz çirkin oyunlarına cəlb etmək istəyir.
Şübhəsiz ki, bu, təsadüfi deyil. Məlumdur ki, 2-5 may tarixlərində Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı keçiriləcək. Anti-azərbaycançı qüvvələr də bundan istifadə edərək “qara piar” məqsədilə AİB kimi ciddi iqtisadi qurumun rəhbərliyinə də qeyri-ciddi müraciətlər edir.
Bu çağırış bəhs olunan təşkilatın nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini növbəti dəfə ortaya qoyur. Ümumiyyətlə isə, bu təşkilatın reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. Bu qurumun ayrı-ayrı dövlətlərdə baş verənlərə münasibətdə sərgilədiyi mövqe də onun ikili standartdan çıxış etdiyini göstərir.
Əlbəttə, “Human Rights Watch” təşkilatının bu cür mövqe sərgiləməsi təəccüblü və təsadüfi deyil. Çünki bəhs edilən qurumun məhz bu zamana qədərki bəyanatlarında əks olunan subyektiv mülahizələr və ədalətsiz çalarlar demokratik prinsiplərin kobudcasına heçə sayılması və ikili standartlar əsasında çıxış etmək deməkdir.
Digər tərəfdən, bu cür təzyiq kampaniyalarında müəyyən dairələrin göstərişləri əsasında fəaliyyət göstərən transmilli media strukturlarının xidmətlərindən də xüsusi olaraq istifadə edilir. Həmin media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən - ittiham xarakterli fikirləri dövriyyəyə buraxmaqla “qara piar” kampaniyası aparır, bu məsələlərlə bağlı dünya ictimaiyyətini manipulyasiyaya məruz qoyurlar. Məhz “Human Rights Watch” təşkilatının yuxarıda bəhs olunan qərəzli, qeyri-obyektiv mülahizələrinə tribuna verən transmilli media qurumları təzyiq qruplarının ruporu qismində çıxış edirlər.
AİB-in tədbirinə gəlincə, qeyd edək ki, 1999-cu ildən Asiya İnkişaf Bankına üzv olan Azərbaycan Respublikası indiyədək qurumun bir sıra regional tədbirlərinə ev sahibliyi edib. Qurumun İllik Toplantısının Bakıda keçirilməsi haqqında qərar isə 2012-ci ilin mayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub. 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və AİB arasında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Bu gün Azərbaycan ən mötəbər tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, idman, musiqi yarışlarına, festivallara ev sahibliyi edir. Azərbaycanın bu sahədəki təcrübəsi, Bakıda yaradılmış yüksək standartlara uyğun infrastruktur, tranzit və logistika sahəsində ölkəmizin əlverişli imkanları, paytaxtdakı mövcud olan hotellərin sayı və tutumu, o cümlədən yüksək təhlükəsizlik və sabitlik AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı kimi əhəmiyyətli bir tədbirin Cənubi Qafqaz regionunda ilk dəfə məhz Azərbaycanda keçirilməsinə imkan yaradıb.
İllik Toplantıda 3000-nə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Təbii ki, belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın bir daha beynəlxalq nüfuzunun göstəricisidir. Şübhəsiz ki, “Human Rights Watch” təşkilatının müraciəti təşkilat rəhbərliyi tərəfindən ciddi qəbul olunmayacaq və anti-Azərbaycan dairələrin niyyəti bu dəfə də iflasa uğrayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

