/ / Asiya İnkişaf Bankının prezidenti bankın İllik Toplantısının keçirilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib
Asiya İnkişaf Bankının prezidenti bankın İllik Toplantısının keçirilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib
01.05.2015 [10:35]
Aprelin 30-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının Bakı şəhərində keçiriləcək 48-ci İllik Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən Bankın prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qlobal makroiqtisadi proseslər, onların Azərbaycan iqtisadiyyatına təsirləri barədə fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi Bankın Rəhbərlər Şurasının İllik Toplantısının Bakı şəhərində keçirilməsi məmnunluqla qeyd olunub.
Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən Takehiko Nakao Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını diqqətə çatdırıb. Eyni zamanda, etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunaraq, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilib.
Sonra AİB prezidenti Maliyyə Nazirliyinin muzeyi ilə tanış olaraq, xatirə kitabına ürək sözlərini yazıb.
AİB-nin Rəhbərlər Şurasının hazırkı sədri Samir Şərifov və bankın prezidenti Takehiko Nakao AİB-nin İllik Toplantısının keçiriləcəyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində Rəhbərlər Şurasının əsas iclasının, seminarların və panel müzakirələrin keçiriləcəyi sahələri, həmçinin mətbuat mərkəzini gəzərək son hazırlıq işlərinin gedişi ilə tanış olub, Qeydiyyat Mərkəzinə gələrək öz yaxa kartlarını götürüblər. AİB prezidenti ev sahibi kimi Azərbaycan hökuməti tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirib.
“İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında mayın 2-dən 5-dək keçiriləcək AİB-nin Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında 3 minə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

