/ / ABŞ-dakı müəyyən qüvvələrin, islamofob dairələrin Azərbaycan əleyhinə “qara piar” təbliğatı iflasa məhkumdur
ABŞ-dakı müəyyən qüvvələrin, islamofob dairələrin Azərbaycan əleyhinə “qara piar” təbliğatı iflasa məhkumdur
01.05.2015 [09:24]
Əldə olunan sənədlərdən də göründüyü kimi, birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı yönələn kampaniya yenə də şər, böhtan, qərəz üzərində qurulub
Qlobal miqyasda Azərbaycana qarşı daim düşmən mövqeyi sərgiləyən bir neçə mərkəzin mövcud olduğu heç kəsə sirr deyil. O da məlumdur ki, həmin mərkəzlər, öz növbəsində, ABŞ-dakı müəyyən qüvvələr, Qərbdəki islamofob dairələr və xarici ölkələrdə “lövbər” salan erməni lobbisi tərəfindən istiqamətləndirilir. Zaman-zaman sözügedən mərkəzlərin mətbəxində Azərbaycana qarşı şər, böhtan xarakterli ssenarilər hazırlanaraq işə salınır. Eyni zamanda, bədxahlarımız öz xislətlərinə sadiq qalaraq bu dəfə də cari ilin iyununda Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunları ərəfəsində ölkəmizin əleyhinə yeni təbliğat kampaniyasına start veriblər. Daha dəqiq desək, bu günlərdə “APA Analitik Mərkəzi”nin hazırladığı araşdırma yazısından bəlli olur ki, ABŞ-dakı bəzi qüvvələr, ayrı-ayrı Qərb ölkələrindəki islamofob dairələr və erməni lobbi şəbəkəsi birləşərək birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı bir neçə sənəd hazırlayıblar və bu sənədlərdə əks olunan planların reallaşdırılması istiqamətində konkret fəaliyyətə keçiblər.
Düzdür, “APA Analitik Mərkəzi”nin araşdırma yazısı mətbuatda işıq üzü gördükdən dərhal sonra haqqında bəhs olunan qüvvələr təkzib verərək, necə deyərlər, iz azdırmağa çalışdılar. Ancaq fakt faktlığında qalır. Ortada sənədlər var. Məsələn, APA-nın istinad etdiyi sənədlərdən birində Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi əks olunub. Digər bir sənəd NED-in həyata keçirdiyi kampaniyanın layihəsi barədədir. “2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd”, həmçinin, “Avropa təşkilatlarının insan haqları naminə idman” layihəsi də yuxarıda haqqında bəhs olunan qüvvələrin anti-Azərbaycan fəaliyyətinə işıq salır.
Bədxahlarımız köhnə hava çalırlar
Göründüyü kimi, illər ötsə də, yuxarıda haqqında bəhs olunan qüvvələrin birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın əleyhinə start verdikləri təbliğat kampaniyasında yer alan bəhanələr dəyişməyib. Necə deyərlər, kor tutduğundan buraxmadığı kimi, bunlar da “demokratiya”, “insan haqları”, “siyasi məhbuslar”, “milli-dini münasibətlər” kimi məsələlərdən bərk-bərk yapışıblar. Əlbəttə, bu kimi məsələlər müasir dünyada çox aktualdır və hər bir dövlətin müəyyən mənada inkişaf səviyyəsini ifadə edir. Lakin iş ondadır ki, sözügedən qüvvələrin, ilk növbədə, niyyətləri təmiz deyil, onların ilhamverici qüvvəsi qərəzdir, buna görə də daim faktların, reallığın astar tərəfini təqdim etməyə çalışırlar.
Məlumdur ki, hər sahədə yüksək inkişaf göstəricilərinə malik olan Azərbaycan son illərdə qlobal əməkdaşlığa da sanballı töhfələr verir. Ölkəmiz tez-tez ümumbəşəri dəyərlərin, mədəni müxtəlifliyin , xalqların dinc yanaşı yaşamasının təbliğ olunduğu humanitar forumlara ev sahibliyi etməklə bu sahədə öz niyyətini ortaya qoyur. Bu zaman Azərbaycan bir qayda olaraq cəmiyyətimizdə artıq bir normaya, həyat tərzinə çevrilən, həmçinin, ABŞ-a, bəzi Qərb dövlətlərinə nümunə ola biləcək yüksək dəyərlərindən çıxış edir. Heç uzağa getməyək - respublikamız elə bu günlərdə III Qlobal Bakı Forumuna ev sahibliyi edib.
Eyni zamanda, Azərbaycan demokratiyanın inkişafının, insan haqlarının qorunmasının dövlət siyasətinin prioriteti olduğunu dəfələrlə bəyan edib və bu sahədə bir sıra uğurlara imza atıb. Ölkədə insanların ifadə, sərbəst toplaşmaq azadlıqları təmin olunub. Azərbaycan dünyada mətbuatın inkişafına dövlət tərəfindən davamlı dəstək göstərilən azsaylı ölkələrdəndir. Respublikamızda internet üzərində hər hansı qadağa yoxdur. Dövlət siyasətinin prioritetləri müəyyən olunarkən cəmiyyətdən gələn sosial sifarişlər mütləq nəzərə alınır.
Belə olan halda haqqında bəhs olunan qüvvələrin Azərbaycana qarşı demokratiya iddiaları səsləndirmələri çox ədalətsizdir və heç bir məntiqə sığmır. Belə çıxır ki, bədxahlarımız mahiyyətinə də varmadan köhnə hava çalmaqda davam edirlər.
Yenə də ikili standartlar, yenə də ədalətsizlik...
Son vaxtlar ikili standartlar, ədalət tərəzisinin gözünün əyilməsi beynəlxalq münasibətlərdə acı reallığa çevrilib. Bu tendensiya özlərini qlobal güc mərkəzi kimi təsdiqlətməyə və dünyada təkqütblülük yaratmağa çalışan bəzi böyük dövlətlərin beynəlxalq birliyin nisbətən kiçik üzvlərinə münasibətlərində daha qabarıq şəkildə təzahür edir. Onlar milli dövlətlərə bu və ya digər vasitələrlə təzyiq göstərərək öz iradələrini qəbul etdirməyə çalışırlar.
Şübhəsiz, məqsədyönlü siyasət sayəsində özünü beynəlxalq birliyin suveren aktoru qismində təsdiqlətməyə nail olan və ölkənin milli maraqlarının keşiyində dayanan Azərbaycanın yürütdüyü siyasət ABŞ-dakı müəyyən qüvvələri qane etmir. Onlar ölkəmizi zəif və sözəbaxan görmək istəyirlər. Buna görə də sözügedən qüvvələrin ölkəmizə qarşı səsləndirdikləri iddialarda hansısa bir ədalətli məqama istinad edildiyini düşünmək belə mümkün deyil. Yuxarıda haqqında bəhs olunan sənədlərdən birinin preampula hissəsində açıq şəkildə yazılıb: “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”.
Burada ədalət tərəzisinin gözünün açıq-aydın əyildiyi ortadadır. Belə mövqe, əslində, milli dövlətin iradəsini təhdid etməkdən, onunla diktat dili ilə danışmaqdan başqa bir şey deyil. Eyni zamanda, Azərbaycana qarşı növbəti təbliğat kampaniyasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən və deməli, dövlət büdcəsindən maliyyələşdirilən “National Endowment for Democracy” (NED) təşkilatının əsas moderator qismində təsdiqləndiyini nəzərə alsaq, onda birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı başlanan “qara piar” kampaniyasının konturları barədə daha konkret təsəvvür yaranar. Xatırladaq ki, ABŞ-ın NED təşkilatı uzun illərdir Azərbaycanda “beşinci kolon”un formalaşdırılmasında, hakimiyyət çevrilişi planlarında fəal iştirakçılardan biri kimi öndə gedir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media qurumlarına ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb. Elə yuxarıda sadalanan sənədlərdə də NED-in Azərbaycandakı “beşinci kolon”a hər cəhətdən dəstək göstərdiyi bir daha aydın olur.
NED-in və onun timsalında ABŞ-dakı digər qüvvələrin, həmçinin, Qərbdəki islamofob dairələrin Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirməsi də diqqətdən kənarda qala bilməz. İyirimi ildən çoxdur ki, ölkəmizin ərazi bütövlüyü pozulub, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin salınıb. Azərbaycanın ünvanına “insan haqları” ittihamları səsləndirən məlum qüvvələr nəyə görəsə bütün bunları görməzdən gəlirlər. Bir baxın, ölkə qanunlarını pozduqlarına görə barələrində həbs qətimkan tədbiri seçilən şəxslərin hüquqlarının müdafiəsinə qalxan sözügedən qurumlar bir milyon insanı doğma ev-eşiyindən didərgin salan Ermənistana güldən ağır söz demir. (?!) Azərbaycanı ittiham “yağış”ına tutanlara sual edirik: Bəs sizlərin ədalət meyarınız nədir və ümumiyyətlə, belə bir meyarınız varmı?
Con Kerri bu dəfə də erməni dəyirmanına su tökən rolunda
ABŞ-dakı bəzi qüvvələrin, Qərbdəki islamofob dairələrin və erməni lobbisinin birlikdə hazırladıqları “qara piar” kampaniyasının əsas məqsədi Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirməkdən, ölkəmiz ətrafında mənfi imic formalaşdırmaqdan və tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarının əhəmiyyətini azaltmaqdan ibarətdir. Yuxarıda haqqında bəhs olunan sənədlərdə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda birinci Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1” yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlərin keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir. Azərbaycana qarşı kifayət qədər aqressiv və radikal əhval-ruhiyyədə hazırlanan bu çirkin kampaniyada diqqəti çəkən həm də odur ki, ABŞ-ın dövlət katibi Con Kerri burada da erməni dəyirmanına su tökən rolunda çıxış edir. Belə ki, respublikamızın əleyhinə aparılan təbliğat kampaniyası onun ABŞ Konqresindəki ofisindən idarə olunur. Bir qədər bundan əvvəl “Freedom House” təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə ölkəmizə qarşı növbəti “qara piar”ın ilkin konturları üzə çıxdı. ABŞ rəsmisinin “qara piar”da iştirakı ilk baxışda təəccüblü görünsə də, bu fakt Con Kerrinin fəaliyyətinin tənzimlənməsində ermənilərin sifarişlərinin necə dominant rol oynadığını bir daha təsdiqləyir.
Bəli, Con Kerri yenə də öz ermənipərəst və islamofob ampluasındadır. Onun bu ampluada adı Azərbaycan ictimaiyyətinə hələ keçmiş sovet dönəmindən məlumdur. Belə ki, indiyədək ABŞ-ın bu rəsmisi ermənipərəst və islamofob mövqeyini dəfələrlə nümayiş etdirib. Bu arada ABŞ dövlət katibinin 1990-cı ildə bir neçə digər senatorla birlikdə ermənilərin diktəsi ilə keçmiş SSRİ-nin rəhbəri M.S.Qorbaçova yazdığı məktubu xatırlamamaq mümkün deyil. Həmin məktubda C.Kerri keçmiş İttifaq rəhbərini cidd-cəhdlə Dağlıq Qarabağ problemini “Qarabağ xalqının (əlbəttə ki, ermənilərin-red.) Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll etməyə” inandırmağa çalışırdı.
Belə görünür ki, ABŞ-dakı məlum qüvvələr, islamofob dairələr və erməni lobbisi birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı yeni təbliğat kampaniyasına start verərkən Con Kerrini özlərinə himayədar seçiblər. Şübhə yoxdur ki, Con Kerri tərcümeyi-halından qırmızı xətlə keçən ermənipərəstliyi və ABŞ iqtidarında tutduğu yüksək vəzifəsi sayəsində bu “şərəf”ə layiq görülüb. Onun ermənipərəstliyi öz işidir və vicdan məsələsidir. ABŞ kimi böyük bir dövlətin rəsmisinin “qara piar” kampaniyasında bu və ya digər formada iştirakı isə suallar doğurmaya bilməz...
Yeri gəlmişkən, Con Kerrinin öz ölkəsində hazırda “demokratiya”, “insan haqları”, “polis zorakılığı” kimi məsələlər çox aktualdır. Belə ki, təkcə son vaxtlarda ABŞ-da irqi zəmində çoxsaylı münaqişələr baş verib. Son günlərdə isə Baltimorda 25 yaşlı qaradərili Freddi Qreyin polis zorakılığının qurbanı olması bu şəhərdə kütləvi nümayişlərə, iğtişaşlara rəvac verib. İğtişaşlarda iştirak edən 200 nəfər saxlanılıb və şəhərdə fövqəladə vəziyyət elan olunub.
Bəs ABŞ-ın dövlət katibi Con Kerri öz ölkəsində baş verən bu kimi hadisələri nizamlamaq əvəzinə, nə üçün əlini okeanın o biri tərəfindəki ölkələrə uzadır? Bu davranış hansı siyasi, diplomatik etiket qaydalarına uyğundur?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

