Enerji təhlükəsizliyi sülh üçün əməkdaşlıq vasitəsi kimi
30.04.2015 [10:00]
III Qlobal Bakı Forumu çərçivəsində daha bir panel iclası “Enerji təhlükəsizliyi sülh üçün əməkdaşlıq vasitəsi kimi” mövzusunda keçirilib.
Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin direktoru Ariel Kohenin moderatorluğu ilə keçən iclasda Azərbaycanın energetika naziri Natiq Əliyev ölkəmizin enerji ehtiyatları, Avropanın enerji təhlükəsizliyinə töhfələri barədə məlumat verib. Natiq Əliyev enerji resurslarının iqtisadiyyatın əsas aparıcı qüvvəsi olduğunu vurğulayıb. İstənilən dövlətin əsas məqsədlərindən birinin enerji mənbələrinin şaxələndirilməsi olduğunu söyləyən nazir dünyada 18 faiz ölkənin enerji ehtiyatlarından lazımi səviyyədə istifadə edə bilmədiyini diqqətə çatdırıb. O deyib ki, bu, böyük problemdir və zamanında həll olunmalıdır.
Natiq Əliyev qeyd edib ki, 2013-cü illə müqayisədə neft hasilatı əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya davam etsə 2040-cı ildə bu rəqəm daha da yüksələcək. Azərbaycan neft hasilatına görə 10-cü yerdədir. Azərbaycanda ən böyük xam neft emal gücləri var. Dövlət proqramına görə neft və neft-kimya kompleksi yaradılır. Bunlar gücü 10 milyard kubmetr olan qaz emalı zavodlarıdır. Təbii qaz get-gedə dünyada daha önəmli enerji resursu olur. Azərbaycan qazın istehsalını, hasilatını 90 il ərzində eyni səviyyədə saxlaya biləcək. “Şahdəniz” yatağı işlənmənin ikinci mərhələsindədir. “Cənub” qaz dəhlizi layihəsi bizə imkan verəcək ki, Azərbaycan qaz ixrac edən ölkəyə çevrilsin.
TANAP layihəsi barədə danışan energetika naziri bunun Azərbaycan qazının Avropaya çatdırılmasına imkan yaradacağını bildirib. Nazir qeyd edib ki, enerji mənbələri kifayət qədər olmasa heç vaxt iqtisadi və sosial problemləri həll etmək mümkün olmayacaq. Enerji resursları sülhə, əməkdaşlığa şərait yaradacaq.
Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin enerji məsələlərinin bütün ölkələrin maraqlarına uyğun olduğunu söyləyib. O, enerji təhlükəsizliyinin getdikcə xarici siyasətin əsas prioritetlərindən birinə çevrildiyini, bunun milli təhlükəsizlik, iqtisadi artım, davamlı inkişaf konsepsiyaları ilə bağlı olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, enerji təhlükəsizliyi sülh naminə əməkdaşlıq üçün də əhəmiyyətli ola bilər. Ermənistan sülh, əməkdaşlıq yolunu seçsəydi, o, böyük üstünlüklər qazanmış olacaqdı. Xəzər nefti, qazı onun ərazisindən keçib başqa ölkələrə gedəcəkdi. Lakin Ermənistan özünü bu imkanlardan təcrid etdi.
İsrailin keçmiş Prezidenti Dalia İtzik Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurları yüksək qiymətləndirib. Ölkəmizdə gedən sürətli dəyişikliklərin onu heyran etdiyini söyləyən Dalia İtzik qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Serbiyanın keçmiş Baş naziri Mirko Svetkoviç müxtəlif ölkələrdə enerji ehtiyatları ilə bağlı fərqli yanaşmaların olduğunu söyləyib. O, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin bir hissəsi olduğunu bildirib. Keçmiş Baş nazir Azərbaycanın özünün enerji təhlükəsizliyini təmin etməsi ilə yanaşı, Avropa ölkələrinə də bu sahədə töhfələr verməsini yüksək dəyərləndirib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

