III Qlobal Bakı Forumu başa çatıb
30.04.2015 [09:59]
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə aprelin 28-29-da keçirilən III Qlobal Bakı Forumu başa çatıb.
Forumun bağlanış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, iki gün ərzində bu tədbirdə dünyanı narahat edən məsələlər barədə səmərəli fikir mübadiləsi aparıldı. Forumda dövlət və hökumət rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin səsləndirdikləri fikirlər, irəli sürdükləri maraqlı təkliflər çox faydalı olacaq. Bir sözlə, Forum müvəffəqiyyətlə baş tutdu.
Komitə sədri Forumun iştirakçılarına təşəkkürünü bildirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin Forum çərçivəsində keçirilən plenar iclaslarda müzakirə olunan mövzuların əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Onlar artıq ənənə halı almış Forumun həm iştirakçılarının, həm də gündəliyindəki məsələlərin sayının ilbəil artdığını diqqətə çatdırıb, tədbirin uğurlu nəticələrinin olacağına əminliklərini bildiriblər.
Sonra Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə həm Vayra Vike-Freyberqanın, həm də İsmail Serageldinin Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görüldüklərini deyib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə medalı Latviyanın sabiq Prezidentinə və İsgəndəriyyə Kitabxanasının direktoruna təqdim edib.
Akif Əlizadə bildirib ki, Vayra Vike-Freyberqa Azərbaycan-Latviya əlaqələrinin inkişafında, eləcə də Nizami Gəncəvinin əsərlərindəki fikirlərin, dəyərlərin dünyaya çatdırılmasında xidmətlərinə, İsmail Serageldin isə dünya elmi irsinin qorunub saxlanılması, Nizami Gəncəvinin bəşəri fikir və ideyalarının öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərə görə bu medala layiq görülüblər.
Xatırladaq ki, Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edilib, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

