ABŞ-ın Nevada ştatı Azərbaycana dəstəyini ifadə edən qətnamə qəbul edib
30.04.2015 [09:55]
ABŞ-ın Nevada ştatının parlamenti aprelin 28-də keçirilən plenar iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.
Qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul qanunvericilərə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.
Parlamentin spikeri Con Həmbrik tərəfindən imzalanmış qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi sahəsində, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə sıx əməkdaşlıq edirlər. Bildirilir ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-a hərtərəfli yardım göstərib, öz sülhməramlı qüvvələrini Əfqanıstana göndərib. 2001-ci ildən bəri hər il Əfqanıstandakı ABŞ qoşunlarının təchizatının 40 faizi Azərbaycan vasitəsilə təmin olunur.
Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək “Cənub” qaz dəhlizinin ən önəmli aktorlarından biri olaraq qalmaqdadır.
Qətnamədə qeyd olunur ki, Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar və dinlər dinc şəraitdə yaşamaqdadırlar. Azərbaycan öz müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən birinə, ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib.
Sonda qeyd olunur ki, ABŞ Azərbaycan kimi müttəfiqlərinin müstəqilliyini bundan sonra da dəstəkləməli və onlarla münasibətləri daha da gücləndirməlidir.
Bu, Nevada parlamenti tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

