/ / Azərbaycana qarşı “qara piar” kampaniyasının arxasında ABŞ-dakı bəzi maraqlı qüvvələr və islamofob dairələr dayanır
Azərbaycana qarşı “qara piar” kampaniyasının arxasında ABŞ-dakı bəzi maraqlı qüvvələr və islamofob dairələr dayanır
30.04.2015 [09:54]
Onlar böhtan kampaniyası vasitəsilə ölkəmizin nüfuzuna xələl gətirməyə, birinci Avropa Oyunlarının əhəmiyyətini kiçiltməyə çalışırlar
Məlumdur ki, Azərbaycan qısa müstəqillik tarixinə malik olsa da, hazırda bütün dünyada nümunəvi inkişaf modelinə malik bir ölkə kimi fərqlənməkdədir. Respublikamız dinamik inkişaf sayəsində bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ölkəmiz son vaxtlarda ciddi böhranlarla üzləşən Qərb dövlətləri üçün yeni və etibarlı enerji mənbəyi rolunda çıxış edir. Eyni zamanda, Azərbaycan Şərq və Qərb sivilizasiyalarının qovuşduğu, xristian və müsəlman dəyərlərinə eyni səviyyədə hörmət bəslənilən bir ölkə olaraq daim qlobal əməkdaşlığın dərinləşməsinə töhfə vermək əzmi nümayiş etdirir.
Təəssüf ki, Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun, regional və qlobal proseslərdə rolunun getdikcə artması dünya miqyasında eyni cür qarşılanmır. Belə ki, ölkəmizin uğurları dostlarımızı sevindirir, islamofob, ermənipərəst dairələr isə bu uğurlardan ciddi şəkildə narahatçılıq keçirirlər. Bu kontekstdə ABŞ-dakı bəzi dairələrin və Qərbdəki islamofob qüvvələrin “fəallığı” xüsusilə diqqəti cəlb edir.
ABŞ-dakı bəzi dairələrin Azərbaycana qarşı təşkil etdikləri qərəzli kampaniyalar müxtəlif səbəblərdən qaynaqlanır
ABŞ-dakı bəzi dairələrin respublikamızla bağlı müxtəlif vaxtlarda gündəmə gətirdikləri şər, böhtan kampaniyalarının mahiyyətinə vardıqda onların sırf konyuktur maraqlardan qaynaqlandığı dərhal nəzərə çarpır. Belə kampaniyaların əsasında dayanan səbəblərdən biri və bəlkə də, ən başlıcası ölkəmizin öz milli maraqlarına uyğun tam müstəqil siyasət həyata keçirməsidir. Azərbaycanın dövlət siyasəti sırf milli maraqlar üzərində qurulub. Bu siyasətin prioritet konturları müəyyən olunarkən cəmiyyətdən gələn sifarişlər, ölkənin geostrateji maraqları əsas götürülür. Azərbaycan dövləti ölkənin strateji maraqları ilə bağlı məsələlərdə dəfələrlə prinsipial mövqe sərgiləyib, sübut edib ki, respublikamızın öz yolu var, heç kəs bizimlə diktə dili ilə danışa bilməz. Belə real, gerçəkliyə söykənən siyasət sayəsində Azərbaycan təkbaşına, kənardan heç bir kömək olmadan yuxarıda sadaladığımız uğurlara çatıb. Azərbaycanın milli dövlət olaraq öz yolunu seçməsi və bu yolda inamla irəliləməsi, müstəqilliyini getdikcə daha da möhkəmləndirməsi isə ABŞ-ın bəzi dairələrini qane etmir.
Qərbdə islamofob meyillərin güclənməsi, İslama və müsəlman ölkələrinə qarşı ayrı-seçkiliyin artması, ayrı-ayrı ölkələrin daxili işlərinə kobud müdaxilə hallarının çoxalması da indiki məqamda Azərbaycana qarşı böhtan kampaniyasının genişlənməsində az rol oynamır. Sirr deyil ki, bu gün ABŞ-da və bəzi Qərb dövlətlərində milli-irqi-dini münasibətlər baxımından vəziyyət heç də ürəkaçan deyil. Ona görə də, ABŞ-dakı haqqında bəhs olunan qüvvələr birinci Avropa Oyunları kimi mötəbər idman yarışmasının əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda keçirilməsini heç cür həzm edə bilmirlər.
Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı şər kampaniyasının artmasının səbəblərini araşdırarkən ABŞ-dakı müxtəlif siyasi və iqtisadi dairələrin, qurumların Azərbaycanda özəl maraqlarının təmin olunmamasından yaranan qisasçılıq hisslərini də xüsusi vurğulamaq lazım gəlir.
Azərbaycana qarşı növbəti dəfə təbliğat kampaniyasının baş qaldırmasına səbəb olan faktorlardan biri isə erməni lobbisinin təsiri altında olan ayrı-ayrı qüvvələrin, qurumların və şəxslərin ölkəmizin uğurlarını həzm edə bilməmələri, bundan ciddi narahat olmaları ilə bağlıdır. Azərbaycanın inkişafı və beynəlxalq nüfuzunun artması xaricdəki erməni lobbisinin təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldıb. Buna görə də onlar pul və digər şirnikləndirici vasitələrlə ələ aldıqları “beynəlxalq” təşkilatları bir növ ölkəmizə qarşı şər kampaniyasına başlamaq üçün səfərbər ediblər.
Lakin əvvəllər olduğu kimi, ölkəmizə qarşı yönələn növbəti böhtan kampaniyası da iflasa məhkumdur. Azərbaycan güclü dövlət olduğunu bu dəfə də sübut edərək birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.
Azərbaycanın əleyhinə növbəti “qara piar” kampaniyasına birinci Avropa Oyunları ərəfəsində start verilməsi təsadüfi deyil
Biz əvvəlki təcrübəmizdən də görürük ki, yuxarıda haqqında bəhs olunan qüvvələr, adətən, Azərbaycanda keçirilməsi gözlənilən və ölkəmizin təbliği nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyan mötəbər tədbirlər ərəfəsində xüsusilə fəallaşırlar. Həmin qüvvələrin ölkəmizdə keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində daxildəki “beşinci kolon” təmsilçiləri ilə birləşərək nə kimi təxribatlara əl atdıqları hər kəsin yadındadır.
Sözügedən qüvvələr eyni ssenarini birinci Avropa Oyunları ərəfəsində yenidən işə salıblar. Tarixdə ilk dəfə keçirilən Oyunlar Azərbaycan üçün müxtəlif parametrlər baxımından ciddi önəm kəsb edir. Ekspertlər yarışların Azərbaycana böyük iqtisadi dividendlər gətirəcəyini, eyni zamanda ölkəmizin reallıqlarının bütün dünyada təbliğində misilsiz rol oynayacağını bildirirlər.
Elə ölkəmizin, xalqımızın bədxahlarının narahatçılığı da bununla bağlıdır. Xaricdəki anti-Azərbaycan dairələr və erməni lobbisi ölkəmizə qarşı və birinci Avropa Oyunlarını gözdən salmaq, onun əhəmiyyətini azaltmaq məqsədilə geniş “qara piar” kampaniyasına başlayıblar. Bu kampaniyada ABŞ və Qərb ölkələrinin bəzi dairələri fəal iştirak edir. Ayrı-ayrı KİV-lər, “Human Rights Watch”, “Freedom House”, “Article XIX”, “Sərhədsiz Reportyorlar”, “Transparency İnternational” və bu kimi digər təşkilatlar vasitəsilə Azərbaycanın, guya, qeyri-demokratik ölkə olduğu, söz və mətbuat azadlığının məhdudlaşdırıldığı, jurnalistlərin və QHT nümayəndələrinin, guya, peşə fəaliyyətlərinə görə “həbs edildiyi” və digər məsələlərlə bağlı yalan, subyektiv mülahizələrdən ibarət, dezinformasiya və şantaj xarakterli məlumatlar artan xətt üzrə dövriyyəyə buraxılır. Bununla yanaşı, birinci Avropa Oyunlarının əhəmiyyətinin, guya, şişirdildiyi, habelə Oyunların təşkili, Azərbaycanda sosial, iqtisadi, mədəni və idman infrastrukturu haqqında primitiv, heç bir əsası olmayan şayiələr yayılır. Əlbəttə ki, bütün bunların məqsədi Azərbaycan və birinci Avropa Oyunları haqqında mənfi ictimai rəy formalaşdırmaq, yarışlarda iştirak edəcək xarici idmançıları, ölkəyə gələcək turistləri bu niyyətdən çəkindirməkdir.
Con Kerrinin Azərbaycana qarşı “qara piar” ssenarisində yenə də baş rol alması ona başucalığı gətirmir
Ölkəmizin əleyhinə yönələn “qara piar”da diqqəti çəkən məqam həm də odur ki, bu kampaniyanın koordinasiya mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Bu isə həm də onu göstərir ki, Con Kerri yenə də öz ermənipərəst və islamofob ampluasındadır. Onun bu ampluada adı Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Belə ki, indiyədək ABŞ-ın bu rəsmisi ermənipərəst və islamofob mövqeyini dəfələrlə nümayiş etdirib. Bu arada ABŞ dövlət katibinin 1990-cı ildə bir neçə digər senatorla birlikdə ermənilərin diktəsi ilə keçmiş SSRİ-nin rəhbəri M.S.Qorbaçova yazdığı məktubu xatırlamamaq mümkün deyil. Həmin məktubda C.Kerri keçmiş İttifaq rəhbərini ciddi-cəhdlə Dağlıq Qarabağ problemini “Qarabağ xalqının (əslində isə ermənilərin - M.A.) Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll etməyə” inandırmağa çalışırdı. 2012-ci ilin sentyabrında erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ölkəmizə gətirilməsinə münasibət bildirərkən C.Kerri yenidən erməni dəyirmanına su tökən ampluada göründü. O, R.Səfərovun erməni zabitini qətlə yetirməsinin motivlərinə məhəl qoymadan yazırdı: “Mən Azərbaycanın Ramil Səfərovu qaytarmasından, onu əfv etməsindən, hərbi rütbəsini yüksəltməsindən və qəhrəmana çevirməsindən şokdayam”.
Beləliklə, C.Kerrinin Azərbaycana qarşı birinci Avropa Oyunları ərəfəsində start götürən “qara piar” kampaniyasında yer alması təsadüfi deyil, onun ermənipərəstliyinin növbəti təzahürüdür. Belə birtərəfli, qərəzli mövqe isə ona heç bir halda başucalığı gətirmir.
Bəs öz ölkələrində baş verənlər nə üçün ABŞ-dakı həmin qüvvələrin diqqətindən kənarda qalır?
Sual həqiqətən də identikdir. Axı son vaxtlarda məhz “demokratiya”, “insan haqları”, “milli-irqi-dini ayrı-seçkilik” kimi məsələlər onların öz ölkələrinin “başağrısına” çevrilib. Ferqüson olayları səngiməmiş ABŞ polisi daha bir neçə qaradərilini qətlə yetirdi. Bu ölkədə polisin milli-irqi-dini zəmində törətdiyi qətillərlə bağlı etiraz nümayişlərinə də ən sərt şəkildə müdaxilələr edilir. Elə son günlərdə ABŞ-ın Merilend ştatındakı Baltimor şəhərində vəziyyətin gərginləşməsinə yenə də polisin qaradərili vətəndaşa zor tətbiq etməsi səbəb olub. Bu dəfə 25 yaşlı qaradərili Freddi Qrey polis zorakılığının qurbanı olub. Bundan sonra şəhərin küçələrində nümayişlər başlayıb. İğtişaşlarda iştirak edən 200 nəfərin həbs edildiyi bildirilir. Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub, əhaliyə evlərindən bayıra çıxmamaq tapşırılıb.
Bütün bunların fonunda ABŞ-da C.Kerrinin ətrafında birləşərək Azərbaycanda demokratiyanın vəziyyətindən “narahatlıq” keçirən qüvvələr heyrət doğuracaq susqunluq nümayiş etdirirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, öz gözlərində tiri görməyənlər başqalarının gözündə çöp axtarırlar...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

