Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Azərbaycan tarixən tolerant ölkə olub və bundan sonra da olacaq

Siyavuş Novruzov: Azərbaycan tarixən tolerant ölkə olub və bundan sonra da olacaq

29.04.2015 [10:25]

“Azərbaycan tarixən tolerant ölkə olub və bundan sonra da olacaq”. Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında deyib.
S.Novruzov bildirib ki, insanlar arasında aqressivliyin artmasında dini cəryanların da rolu var. Onun sözlərinə görə, Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb.
“Ölkəmizdə bütün xalqların nümayəndələri həmişə qardaş kimi yaşayıb. Odur ki, kənar qüvvələrin hansısa cəhdlərindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik. Biz əminik ki, belə də olacaq. Azərbaycan tolerantlıq baxımından dünya üçün bir nümunədir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 571 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30