Rocer Çukerman: Çox istərdik ki, Azərbaycan öz təcrübəsini bütün dünyada təbliğ etsin
28.04.2015 [10:22]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanla Fransa arasında münasibətlər yüksək səviyyədə qurulub. Fransa Prezidenti Fransua Ollandın ölkəmizə səfəri, Fransız-Azərbaycan Universitetinin yaradılması haqqında əldə edilmiş razılıq bunun bariz nümunəsidir. Eyni zamanda, iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində də əlaqələr geniş inkişaf edib. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi bölgədə sülhün təmin olunmasına öz töhfəsini verə bilər.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan tolerant ölkədir və tolerantlıq ölkəmizin siyasi və ictimai həyatında özünü göstərir. Azərbaycan əhalisinin 96 faizini müsəlmanların təşkil etməsinə baxmayaraq, ölkəmizdə yəhudi sinaqoqları, ortodoks pravoslav, katolik və lüteran kilsələri açıq fəaliyyət göstərir.
Mübariz Qurbanlı onu da bildirib ki, beynəlxalq yəhudi təşkilatları hər zaman Azərbaycanın haqq işinə dəstək veriblər. ABŞ-ın yəhudi qurumları bu baxımdan xüsusi fəallıq göstərirlər. “Biz ədalətli mövqe tutan, Azərbaycana dəstək olan hər bir quruma, o cümlədən yəhudi təşkilatlarına minnətdarlığımızı bildiririk”.
Komitə sədri qeyd edib ki, “biz dünyəvi dövlətik və hər cür dini ekstremizmə və radikallığa qarşı mübarizədə bizim də qurumun öz xidmətləri var”.
Rocer Çukerman deyib: “Müsəlman ölkəsi olaraq elə bir dünyəvilik modeli göstərirsiniz ki, siz digər ölkələr, o cümlədən Fransa üçün nümunə ola bilərsiniz. Biz çox istərdik ki, siz bu təcrübənizi bütün dünyada təbliğ edəsiniz. Buna dünya ölkələrinin çox böyük ehtiyacı var. Yəhudi icmasının burada yaşayışı və dini ayinlərini sərbəst şəkildə icra etmələri bizi çox sevindirir”.
Şuranın prezidenti qeyd edib ki, İsrail və Azərbaycanı bir-birinə bağlayan bir çox amillər var və Azərbaycanın İsraillə münasibətləri inkişaf edir. “Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir və istəyirik ki, Azərbaycan dünyada daha da çox tanınsın”. Qonaq bildirib ki, Azərbaycan dünya dövlətləri üçün bir yerdə yaşamağın modeli hesab olunmalıdır.
Mübariz Qurbanlı bildirib ki, ölkəmizin tolerantlıq modelinin dünyada təbliğ olunması üçün Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var. Ötən illərdə Fransada da bununla bağlı bir neçə tədbir keçirilib. Fransada erməni lobbisi Azərbaycan əleyhinə açıq-aşkar təbliğat aparır və Fransa cəmiyyətində ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışır. Biz erməni təbliğatına qarşı Azərbaycan həqiqətini qoymuşuq və iqtisadi inkişafımızla bunu göstəririk. Ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilir. “Eurovision” müsabiqəsi və iyun ayında keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın dünyada daha yaxşı tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.
Qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə və regionda sülhün bərqərar olacağına ümid etdiklərini bildiriblər.
Görüşdə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

