Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib

Ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib

28.04.2015 [10:16]

Azərbaycanın idman ictimaiyyəti ilk Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir
Məlum olduğu kimi, ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri intensiv şəkildə uğurla davam etdirilir. Daha doğrusu, əminliklə qeyd edə bilərik ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır.
Ümumiyyətlə, birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki birinci Avropa Oyunlarının çox innovativ olacağını və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcəyini xüsusi nəzərə çatdırıb. Öz növbəsində, Azərbaycanın idman ictimaiyyəti də ilk Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir.
Məsələn, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov qeyd edib ki, Oyunların ölkəmizdə keçirilməsi Avropa Olimpiya Komitəsinin respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir: “Bu Oyunlar tarixdə ilk dəfə Azərbaycanda keçirilir. Bu, bir daha Azərbaycanın idman ölkəsi olduğunu göstərir. Digər tərəfdən, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm siyasi əhəmiyyəti var. Çünki dünya və qitə miqyaslı mötəbər idman tədbirlərinin hər hansı ölkədə keçirilməsinə qərar verilərkən, mütləq həmin ölkəninin siyasi, ictimai, sosial, mədəni və digər sahələrindəki vəziyyəti araşdırılır. Bu baxımdan, yarışların Azərbaycanda keçirilməsi bir daha ölkəmizin müasir, demokratik və təhlükəsiz bir ölkə olduğunu təsdiqləyir”.
Ölkəmizin Avropanın idman mərkəzlərindən birinə çevrildiyini deyən Elçin Cəfərov əlavə edib ki, dünya ictimaiyyəti bir daha Azərbaycanın nə qədər inkişaf etdiyinin, günbəgün gözəlləşdiyinin şahidi olacaq.
Azərbaycanın qadın güləşi üzrə yığma komandasının böyük məşqçisi Yaqub Məmmədov isə Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin istər idman, istərsə də digər sahələrdə inkişafına müsbət təsir göstərəcəyini bildirib: “Bilirsiniz ki, Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, idman sahəsinə də böyük diqqət və qayğısı var. Bu gün ölkəmizdə inşa edilən çoxsaylı idman kompleksləri, Azərbaycan idmançılarının son dövrlər beynəlxalq aləmdə qazandıqları parlaq qələbələr bu diqqət və qayğının bariz nümunəsi sayıla bilər”.
Yaqub Məmmədovun sözlərinə görə, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən bu Oyunlara böyük dəstək və maraq var: “Qitə miqyaslı bu idman bayramını əksər Avropa ölkələri böyük maraqla gözləyirlər. Mən inanıram ki, idmançılarımız xalqımızı öz parlaq oyunları və qələbələri ilə bu yarışlarda sevindirəcəklər”.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31