Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək
21.04.2015 [10:08]
Mayın 2-5-də Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək. 1999-cu ildən Asiya İnkişaf Bankına üzv olan Azərbaycan Respublikası indiyədək qurumun bir sıra regional tədbirlərinə ev sahibliyi edib.
Maliyyə naziri Samir Şərifov aprelin 20-də bununla bağlı mətbuat konfransı keçirib.
Nazir Samir Şərifov bildirib ki, qurumun İllik Toplantısının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin mayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub. 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və AİB arasında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 may tarixli Sərəncamı ilə Baş nazirin birinci müavininin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Bu gün Azərbaycan ən mötəbər tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, idman, musiqi yarışlarına, festivallara ev sahibliyi edir. Azərbaycanın bu sahədəki təcrübəsi, Bakıda yaradılmış yüksək standartlara uyğun infrastruktur, tranzit və logistika sahəsində ölkəmizin əlverişli imkanları, paytaxtdakı mövcud olan otellərin sayı və tutumu, o cümlədən yüksək təhlükəsizlik və sabitlik AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı kimi əhəmiyyətli bir tədbirin Cənubi Qafqaz regionunda ilk dəfə məhz Azərbaycanda keçirilməsinə imkan yaradıb.
Təşkilat Komitəsi və Maliyyə Nazirliyində fəaliyyət göstərən əlaqələndirmə üzrə katiblik tərəfindən İllik Toplantıya hazırlıq prosesi qrafikə uyğun olaraq yüksək səviyyədə aparılıb, bütün texniki tapşırıq və tövsiyələr yerinə yetirilib, artıq hazırlıqlar tamamlanmaq üzrədir.
Nazir qeyd edib ki, Heydər Əliyev Mərkəzi Bina-1 və yeni inşa edilmiş Heydər Əliyev Mərkəzi Bina-2-də keçiriləcək İllik Toplantıda 3000-nə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Təşkilat komitəsi tərəfindən yaradılmış www.adb2015.az saytı fəaliyyət göstərir və İllik Toplantı ilə bağlı bütün məlumatlar mütəmadi olaraq bu saytda yerləşdirilir. Eyni zamanda, İllik Toplantının keçiriləcəyi günlərdə təşkil olunacaq sessiyalar, seminarlar, ayrı-ayrı tədbirlər barədə də burada əraflı məlumatlar veriləcək.
Aprelin 1-dən 20-dək 70-dən çox yerli, 200-dək isə xarici KİV nümayəndələri tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib.
“İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında keçiriləcək İllik Toplantının Rəhbərlər Şurasının əsas iclasında, seminarlarda və panel müzakirələrdə bir çox qlobal əhəmiyyətli məsələlər diqqət mərkəzində olacaq. Mayın 2-də açılan İllik Toplantının birinci günü AİB-in prezidenti Takehiko Nakaonun açıq mətbuat konfransı, ardınca “Azərbaycan 2020-ci il: “Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru”, “AİB-BVF Seminarı: Asiya tərəqqisinin qorunub saxlanılması üçün maliyyə sektorunun inkişafı”, martın 3-də “Asiyanın İnkişaf Sütunları üçün Gələcək Aparıcılar - Çin Xalq Respublikası, Hindistan, İndoneziya”, “AİB-Almaniya Seminarı: Yaşayış üçün münasib olan Asiya şəhərlərində problemlər və imkanlar”, “İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” və digər mövzularda keçiriləcək seminar və panel müzakirələrdə Asiya regionunun tanınmış tədqiqatçıları və alimləri iştirak edəcək. Mayın 4-də Direktorlar Şurasının üzvlərinin iştirakı ilə rəsmi açılış sessiyası, ardınca isə “Asiya üzrə Enerji Siyasətinin Yenidən qiymətləndirilməsi”, “Gənclərin Son Debatı”, “Gender Bərabərliyi İqtisadiyyatı”, “Təbii fəlakətlər üzrə təlimlər: Dayanıqlı Cəmiyyətlərin təşkili”, “İnfrastruktur Maliyyələşdirməsinin Yerli Cəmiyyətlərə Təsiri” panellərində müzakirələr davam etdiriləcək. Tədbirin sonuncu günündə Direktorlar Şurasının ikinci iş sessiyası ilə yanaşı, “Azərbaycanın da yerləşdiyi regionla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq və inteqrasiyanın genişləndirilməsi” və digər mövzularda seminarlar təşkil olunacaq və AİB-in prezidentinin yekun mətbuat konfransı ilə İllik Toplantı öz işini yekunlaşdıracaq.
AİB Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcək.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu müddət ərzində AİB Azərbaycan Hökumətinə 1.8 milyard ABŞ dolları, özəl sektor təşkilatlarına isə 168 milyon ABŞ dolları həcmində kredit və 18 milyon ABŞ dollarına yaxın qrantlar ayırıb.
AİB-in Azərbaycanla bağlı 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında nəqliyyat, enerji və şəhər xidmətləri, eləcə də kiçik və orta biznesin və dövlət-özəl sektorları arasında tərəfdaşlığın inkişafına dəstək verilir. Yeni strategiya, həmçinin regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir.
2015-ci ilin aprelində AİB-in 2015-2017-ci illər üçün Azərbaycan üzrə Biznes Planı qəbul edilib. Bu müddətdə AİB enerji, nəqliyyat, maliyyə, təhsil, su təchizatı və çirkab suların təmizlənməsi və dövlət idarəçiliyi sektorlarının inkışafı üçün Azərbaycana 3.6 milyon ABŞ dolları həcmində qrant və 715 milyon ABŞ dolları həcmində kredit ayırmağı nəzərdə tutur.
Filippinin paytaxtı Manilada yerləşən AİB balanslaşdırılmış iqtisadi artım, ekoloji cəhətdən davamlı artım və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean Regionunda yoxsulluğun azaldılması istiqamətində fəaliyyət göstərir. 1966-cı ildə təsis edilmiş AİB 48-i regiondan olmaqla 67 üzv dövlətə məxsusdur.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

