Qadınlarla bağlı məqalə müsabiqəsinə dair məlumatlandırma sessiyası keçirilib
18.04.2015 [10:04]
Aprelin 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinə dair məlumatlandırma sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova müsabiqə haqqında məlumat verib. O, builki müsabiqədə qadınlarımızın cəmiyyətdə, ailədə rolunu əks etdirən yazılara üstünlük verildiyini söyləyib. Diqqətə çatdırılıb ki, müsabiqədə yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilərlər.
Ümummilli lider Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini xatırladan S.Qəhrəmanova məhz Ulu öndər tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb.
Komitə sədrinin müavini ölkəmizdə qadınların hüquqlarının qorunması, onların problemlərinin həlli istiqamətində görülən işlərdən də söhbət açıb.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında oynadığı fəal roldan danışıb. Azərbaycan qadınlarının cəmiyyət həyatının müxtəlif sahələrində həmişə fəal olduqlarını söyləyən Sona Vəliyeva onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin yetişdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib və onların fəaliyyətləri genişlənib. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və s. sahələrdə geniş təmsil olunmalarına xüsusi önəm verirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sona Vəliyeva müasir dövrdə qadınların üzləşdikləri bəzi problemlərə də diqqəti cəlb edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanda qadınların hüquqlarına, onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində dəstək verildiyini söyləyib. Bildirib ki, bunun nəticəsində bu gün Azərbaycan qadınların hüquqları ilə bağlı məsələlərdə sürətli irəliləyişə nail olan ölkələrdən biridir. Azərbaycanda qadınlara hörmətə və onların hüquqlarının qorunmasına bütün dövrlərdə önəm verildiyini diqqətə çatdıran Q.Paşayeva qadınların ölkəmizdə bir çox sahələrdə yüksək vəzifələr tutduqlarını söyləyib.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər aprelin 30-dək məqalələrini və özləri haqqında məlumatı gender221@yahoo.com elektron ünvanına göndərə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

