/ / Məlahət İbrahimqızı: Avropa Parlamentinin uydurma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə bir daha bu təşkilatın ikiüzlü siyasətini göstərir
Məlahət İbrahimqızı: Avropa Parlamentinin uydurma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə bir daha bu təşkilatın ikiüzlü siyasətini göstərir
17.04.2015 [10:07]
“Avropa Parlamentinin uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə bir daha bu təşkilatın ikiüzlü siyasətinin göstəricisidir. Bu fakt eyni zamanda, xristian təəssübkeşliyini ortaya qoyur. Belə bir şəraitdə Azərbaycan və Türkiyə cəmiyyətinin bu təşkilatla normal əməkdaşlığına inamı qalmayacaq. Çünki belə qərarlarla Avropa Parlamenti normal əməkdaşlığa maraqlı olmadığını göstərir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Roma Papasının məlum bəyanatından sonra Avropa Parlamentinin belə bir sənəd qəbul etməsi proseslərin vahid şəbəkə tərəfindən idarə olunduğunu göstərir. Onun sözlərinə görə, əgər AP və digər Avropa qurumları ədalətlidirsə və insan haqlarının müdafiəçiləridirsə, 23 il öncə baş vermiş Xocalı soyqırımını tanımalıdırlar.
“Çünki Xocalı qətliamı müasir dövrümüzdə baş verib və real faktlarla sübut olunub. Amma bunu əvəzində 100 il öncə cərəyan edən prosesləri siyasiləşdirib onu gündəmə gətirmək və “erməni soyqırımı” gününün qeyd olunmasını, tanınmasını tövsiyə etmək AP-nin yalnız siyasi məqsədlərə xidmət etməsinin göstəricisidir. Bilirsiniz ki, Türkiyə hökuməti dəfələrlə arxivlərin açılmasını və tarixçilərin bu məsələni araşdırıb qiymət verməsini təklif edib. Amma Ermənistan bu təklifdən qaçır. Elə bu fakt onu göstərir ki, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb. Təəssüf ki, bütün bunları bilə-bilə Avropa Parlamenti belə bir sənəd qəbul edib. Hesab edirəm ki, bundan sonra da belə təşkilatlardan ciddi məsələlərlə bağlı obyektiv, ədalətli münasibət gözləmək mümkün deyil. Eyni zamanda, Avropa Parlamertindən də konstruktiv əməkdaşlıq gözləməyə dəyməz. Ona görə də, düşünürəm ki, Milli Məclisin növbəti iclaslarının birində Avropa Parlamenti ilə əməkdaşlığa yenidən baxılması məsələsi müzakirə olunmalıdır”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

