Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Serbiyanın Baş naziri İçərişəhərlə tanış olub

Serbiyanın Baş naziri İçərişəhərlə tanış olub

16.04.2015 [10:16]

Azərbaycanda rəsmi səfərdə olan Serbiyanın Baş naziri Aleksandr Vuçiç aprelin 15-də İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Aleksandr Vuçiçin İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlayıb. Qonağa orta əsr Şərq memarlığının şah əsərinin qeyri-adi arxitektura xüsusiyyətləri haqqında məlumat verilib. Qeyd edilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılan qala XII əsrdə bərpa olunub. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindr formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilidən ibarətdir.
Sıratağlı dini-memarlıq kompleksi ərazisindəki ekspozisiya ilə tanışlıq Baş nazirdə böyük maraq doğurub.
Sonra Aleksandr Vuçiç Karvansarayda olub.
Baş nazirə xatirə hədiyyəsi təqdim edilib.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31