/ / Gürcüstan parlamenti erməni deputatın “qondarma erməni soyqırımı” ilə bağlı təklifini qəbul etməyib
Gürcüstan parlamenti erməni deputatın “qondarma erməni soyqırımı” ilə bağlı təklifini qəbul etməyib
16.04.2015 [10:15]
Gürcüstan parlamentində təmsil olunan erməni deputatın “qondarma erməni soyqırımı” ilə bağlı təklifi azərbaycanlı və gürcü deputatların etirazına səbəb olub.
Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Axalkalakidən olan deputatı Samvel Petrosyan parlamentin aprelin 15-də keçirilən iclasında “qondarma erməni soyqırımı”nın tanınmasını və “qondarma soyqırımı” qurbanlarının xatirəsinin əbədiləşdirilməsini təklif edib.
Onun təklifi ciddi etirazlarla qarşılanıb.
Azərbaycanlı deputat Azər Süleymanov S.Petrosyanın təklifini cəfəngiyat adlandıraraq deyib: “Yüz il bundan əvvəl törədildiyi iddia olunan hadisələrə belə yanaşmaq, tarixi faktları saxtalaşdırmaq olmaz. Əslində, həmin hadisələr zamanı qətlə yetirilən türklərin sayı ermənilərin sayından çox olub. Bunu Türkiyə tərəfi və nüfuzlu elm adamları, tarixçilər dəfələrlə söyləyiblər. Yaxşı olar ki, bir daha tarixçilər öz sözlərini desinlər və sonra parlament öz qərarını versin”.
A.Süleymanov ermənilərin Azərbaycanda və digər qonşu dövlətlərdə törətdikləri vəhşilikləri də diqqətə çatdırıb: “Biz yaxın tarixə nəzər salsaq, görərik ki, əslində, ermənilər özləri başqa millətlərə, xüsusən də azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə və soyqırımı həyata keçiriblər. Ermənilər 1918-ci ildə paytaxt Bakıda və Azərbaycanın digər bölgələrində, 1992-ci il fevralın 26-da Xocalıda əsl soyqırımı həyata keçiriblər. Bunlar tarixi faktlarla sübuta yetirilib və onu inkar etmək olmaz”.
Digər azərbaycanlı deputat Mahir Dərziyev də erməni deputatın qaldırdığı məsələyə cavab verib.
M.Dərziyev qeyd edib ki, Gürcüstan uzun illərdir müxtəlif millətlərin azad, sülh şəraitində yaşadığı bir ölkədir. Deputat S.Petrosyanın qaldırdığı bu məsələ Gürcüstanın dövlət və milli maraqlarına xidmət etmir. Erməni deputatın 100 il bundan qabaq baş vermiş hadisələri bu gün gündəmə gətirməsi yeni narazılıqların yaranmasına səbəb ola bilər və bu, ölkənin nüfuzuna zərbədir. “Qondarma erməni soyqırımı” məsələsinin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini vurğulayan M.Dərziyev Türkiyənin arxivlərinin bunun üçün açıq olduğunu diqqətə çatdırıb.
M.Dərziyev daha sonra deyib: “Ermənilər heç bir tarixi faktlara əsaslanmayan “qondarma erməni soyqırımı” iddialarına son qoymalı, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməli, xüsusən də Azərbaycan və Türkiyə ilə normal əlaqələr yaratmalıdır. Bu həm Ermənistanın özünə xeyirdir, həm də bölgədə sabitliyin və sülhün bərqərar olmasına xidmət edər”.
AZƏRTAC-a verdiyi eksklüziv müsahibəsində M.Dərziyev deyib ki, S.Petrosyanın çıxışı iqtidarda, eləcə də müxalifətdə olan gürcü deputatlar tərəfindən də etirazla qarşılanıb. Onlar erməni deputatın təklifinin keçərli olmadığını və nəzərə alınmasının mümkünsüzlüyünü bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19

