İlham Əliyev: Hər bir kəs ləyaqət, ədəb-ərkan, vətənpərvərlik hissini özü ilə irəli aparmalıdır
15.04.2015 [11:08]
Hər kəs üçün ata yaxın, doğma insandır. Mən bu insana, eyni zamanda, sonsuz hörmət, etimad və iftixarla yanaşırdım. Çünki Onun bütün həyatı, mübarizəsi, taleyi və dəyanəti hamı üçün əsl nümunədir.
Dünya şöhrətli siyasi xadim, xalqımızın iftixarı Heydər Əliyev haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ildə Rusiyanın TASS İnformasiya Agentliyinin şef-redaktoru, agentliyin baş direktorunun birinci müavini, “Hakimiyyət formulu” silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Mixail Qusmana verdiyi müsahibədə dediyi bu sözlər dövlətimizin başçısının təkcə siyasətçi kimi deyil, siyasətdə, diplomatiyada, həyata baxışda əsas dərslərini aldığı atasının parlaq şəxsiyyətinə heyran olan oğul obrazını oxucular qarşısında canlandırır.
Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya paytaxtında təqdimat mərasimi keçirilən “Hakimiyyət formulu ... və daha 65 müsahibə” kitabında dərc edilmiş müsahibədə Prezident İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığı illər haqqında bir çox maraqlı xatirələri, ölkənin inkişaf strategiyasına baxışları, Azərbaycanın ən yaralı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikirləri yer alıb. Burada Prezidentin qızlarının - Leyla və Arzunun dedikləri də öz əksini tapıb. Onlar üçün ata hər şeydən əvvəl “çox nadir hallarda nəyi isə irad tutan, heç vaxt öz nöqteyi-nəzərini qəbul etdirməyə çalışmayan bir dostdur”. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərinin təbliğində Heydər Əliyev Fonduna rəhbərlik edən birinci xanım Mehriban Əliyevanın rolunu, onun UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Gimnastika Federasiyasının rəhbəri kimi apardığı çox böyük işi də xüsusi vurğulayır.
Prezident İlham Əliyev müsahibəsində bildirir ki, Azərbaycan müsəlman Şərqində demokratik respublika yaradan ilk ölkədir. İlk dəfə olaraq demokratik parlament yaradıb. İlk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verib. Dövlətimizin başçısı Azərbaycan dövlətçiliyi ənənələrinin bütün sahələrdə ölkəmizin indiki müvəffəqiyyətlərinin təməli olduğunu vurğulayaraq iqtisadiyyat sahəsində, sosial sahədə, xarici siyasətdə respublikanın qazandığı nailiyyətlərdən söhbət açıb. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən danışaraq deyib: “Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləyib. Əminəm ki, nüfuz, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır”.
“Gələcəkdən danışarkən keçmişdən nə götürmək istərdiniz və Sizi həmişə nə müşayiət edərdi?” sualına Prezident İlham Əliyev onu bir insan və bir siyasətçi kimi, şübhəsiz, daha yaxşı səciyyələndirən cavab verir: “Ləyaqəti keçmişdə qoymaq olmaz. Heç bir halda. Ədəb-ərkan hissini, insanlara xoş münasibət hissini, vətənpərvərlik hissini. Düşünürəm ki, hər bir kəs bu əsas məqamları özü ilə irəli aparmalıdır”.
Ümumiyyətlə, bu seriyadan artıq üçüncü olan “Hakimiyyət formulu” kitabına 2010-2014-cü illərdə müxtəlif ölkələrin liderləri, monarxlar, dünyanın ən böyük beynəlxalq təşkilatlarının rəhbərləri ilə 65 müsahibə və bu müsahibələrə dair şərhlər daxil edilib. Mixail Qusmanın həmsöhbətləri arasında BMT-nin baş katibi Pan Gi Mun, Almaniyanın Federal Kansleri Angela Merkel, Norveç Kralı V Harald, Çex Respublikasının ilk Prezidenti Vatslav Havel, Roma Papası XVI Benedikt, ABŞ Prezidenti Barak Obama, UNESCO-nun baş direktoru İrina Bokova, FİFA-nın prezidenti Yozef Blatter və bir çox başqaları var. “Hakimiyyət formulu”nun qəhrəmanları - krallar və kraliçalar, prezidentlər və baş nazirlər yeni minilliyin əsas çağırışlarına cavab tapmaq kimi yüksək missiya daşımışlar. Müəllifin öz qəhrəmanları ilə apardığı səmimi müsahibələrdə təkcə onların hakimiyyət zirvələrinə gedən yolundan deyil, həm də şəxsi həyatından, həvəsindən, bəzən yüksək siyasətdən uzaq maraqlarından söhbət açılır. Mixail Qusman kitabın oxucularına müraciətində yazır: “Bu görüşlərin hər biri unudulmazdır. Hər bir görüş məni yeni biliklərlə zənginləşdirib, dünyanı daha yaxşı dərk etməyimə imkan verib”.
Tanınmış həmyerlimiz, müasir media məkanının aparıcı simalarından biri olan Mixail Qusmanın müəllifi olduğu bu kitab şübhəsiz ki, oxucularda böyük maraq doğuracaq.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

