“ADA” Universiteti SAP Universiteti Alyansının üzvü oldu
11.04.2015 [11:54]
Aprelin 10-da “ADA” Universitetində bu Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu və SAP Biznes One komandası ilə əməkdaşlıq çərçivəsində “Kiçik və orta biznes üçün həllər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “ADA” Universiteti və SAP arasında anlaşma memorandumu imzalanıb və “ADA” Universiteti SAP Universiteti Alyansının üzvünə çevrilib, universitetin İT və Mühəndislik İnstitutunda regionun ilk Kompetensiya Mərkəzi yaradılmasına dair razılıq əldə olunub.
Konfransda çıxış edən “ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Muhammadu Kah deyib ki, “ADA” Universitetində yaradılan Kompetensiya Mərkəzinin köməkliyi ilə bu universitet istər özəl, istərsə də dövlət sektoru üçün əhəmiyyətli olan bacarıqlı insan kapitalının formalaşdırılmasına öz töhfəsini verəcək.
Dekan bildirib ki, SAP Universiteti ilə əməkdaşlıq etməklə SAP-ın yeni texnologiya və biznes əməliyyatları, o cümlədən onların zəngin təcrübələrini Azərbaycan və regionun digər ölkələrinin inkişafına sərf etmək mümkün olacaq.
“ADA” Universitetinin İnformasiya məsələri üzrə rəhbəri Rahid Ələkbərli bildirib ki, Bulud texnologiyaları əsasında işləyən yeni həll kiçik və orta biznes üçün sərfəli şərtlərlə olmaqla yanaşı, elektron hökumət, elektron ticarətin inkişafına dəstək verəcək. İstehsalat, turizm, ticarət və digər sektorlar üzrə fəaliyyət göstərən müəssisələrin daxili proseslərinin avtomatlaşdırılması, hökumət-biznes əlaqələrinin inkişaf etdirilməsi kimi funksiyalar yaradacaq.
Tədbirdə Azərbaycanın SAP üçün strateji əməkdaşlıq rolunu oynaması, kiçik və orta biznes üçün texnoloji yeniliklərdən faydalanma yolları, istehsalat, turizm və ticarət sahələri üçün biznes həlləri mövzularında çıxışlar olub.
Qeyd edək ki, “ADA” Universiteti SAP həllərindən istifadə sahəsində geniş təcrübəyə malikdir. Belə ki, artıq büdcə planlaması, maliyyə əməliyyatlarının aparılması, analitik hesabatlar, iş proseslərinin avtomatlaşdırlımasını həyata keçirmək üçün universitet bu sistemdən istifadə edir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

