Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub

Azərbaycanda vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub

11.04.2015 [11:42]

Azərbaycanın milli güc komponentlərindən birini cəmiyyət həyatının bütün sahələrində milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunması təşkil edir
Əsaslı ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın milli güc komponentlərindən birini cəmiyyət həyatının bütün sahələrində milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunması təşkil edir. Ümumiyyətlə, milli təhlükəsizlik dövlətin, cəmiyyətin və şəxsiyyətin hərbi, iqtisadi, sosial, siyasi, ekoloji, mənəvi-psixoloji və digər sahələrdə təhlükəsizlik məsələlərini əhatə edir. Ona görə də Azərbaycan dövlətinin strateji kursunun prioritetlərindən biri qismində milli təhlükəsizlik tədbirlərinin davamlı olaraq gücləndirilməsi çıxış edir.
Azərbaycanda milli təhlükəsizliyin təmin olunması strateji prioritet kimi müəyyənləşdirilib
Xüsusi vurğulamaq gərəkdir ki, ölkəmizdə milli təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyəti, təhlükəsizlik strukturlarının öz fəaliyyətini rasional prinsiplər və milli mənafe, dövlətçilik prinsipləri əsasında formalaşdırması ölkəmizdə milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunmasını şərtləndirib. Eyni zamanda, milli təhlükəsizliyin yüksək səviyyədə təmin olunması bəzi qərəzli qüvvələrin ölkəmizə yönəlik həyata keçirmək istədiyi separatist aktların neytrallaşdırılmasını şərtləndirir.
Azərbaycanda milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunması ictimai-siyasi sabitliyin qarantı kimi...
Bütün bunlarla yanaşı, milli təhlükəsizliyin yüksək səviyyədə təmin olunması həm də ölkəmizdə ictimai-siyasi sabitliyin qarantı qismində çıxış edir. Tərəddüdsüz qeyd etmək olar ki, bu gün Azərbaycan, sözün əsl mənasında, “sabitlik adası” kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsi, eləcə də, milli təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdır.
Radikal qrupların zərərsizləşdirilməsi istiqamətində sistemli tədbirlər görülür
Digər tərəfdən, milli təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən strateji tədbirlər sırasında radikal qrupların zərərsizləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə davamlı tədbirlər görülür, ictimai təhlükəsizliyə qarşı təhdidlər müvafiq fəaliyyət sayəsində aradan qaldırılır. Xəbər verildiyi kimi, bu kontekstdə son olaraq Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də, onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu şübhəli şəxs qismində tutulublar. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Şübhəsiz, radikal qrupların zərərsizləşdirilməsi istiqamətində sistemli tədbirlərin görülməsi cəmiyyətin və dövlətin təhlükəsizliyi kontekstində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, potensial təhdidlərin də neytrallaşdırılmasına yol açır.
Təhlükəsizliyin təmin olunması istiqamətində dövlət və cəmiyyətin birgə, ahəngdar fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir
Nəticə etibarilə sadalananlar onu göstərir ki, Azərbaycan Respublikasında vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Əlbəttə, bütün bu məsələlər onu göstərir ki, təhlükəsizliyin təmin olunması istiqamətində dövlət və cəmiyyətin birgə, ahəngdar fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan ictimaiyyətinin nümayəndələri dövlət tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərini böyük məmnunluqla - ruh yüksəkliyi ilə qarşılayırlar.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31