/ / Əli Həsənov: Avrasiya İqtisadi Zirvə toplantısında müzakirə olunan məsələlər Azərbaycanın milli maraqlarına uyğundur
Əli Həsənov: Avrasiya İqtisadi Zirvə toplantısında müzakirə olunan məsələlər Azərbaycanın milli maraqlarına uyğundur
10.04.2015 [10:08]
Xəbər verdiyimiz kimi, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-9-da İstanbulda XVIII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilib.
Sammitdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yerli və xarici jurnalistlərə müsahibəsində Zirvə toplantısının əhəmiyyəti barədə mülahizələrini söyləyib. Əli Həsənov bildirib ki, müasir müstəqil Azərbaycanın təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft və regional inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir və bu siyasət Avrasiya məkanında nəinki Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin iqtisadi maraqlarına cavab verir. Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər. Tezliklə istifadəyə verməyə hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz 2” layihəsi və “Cənub” qaz dəhlizi üçüncü minillikdə qitənin enerji təhlükəsizliyinin təminində həlledici amil kimi çıxış edəcək. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də xüsusi artırır. Bu layihələr həm də beynəlxalq yük daşınmalarındakı səmərəliliyin təmin edilməsində mühüm rol oynayır.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan özünün təbii mineral ehtiyatlarından səmərəli istifadə etməklə həm respublikamızın, həm də region ölkələrinin inkişafına, xalqların rifah halının yüksəlməsinə öz mühüm töhfələrini verir. Bu mənada regional müstəvidə təşkil olunan bu cür sammit və konfranslarda, digər beynəlxalq tədbirlərdə xarici mütəxəssislərlə bizim rəsmilərin fikir və mülahizələrini bölüşməsinə, təcrübə mübadiləsinə xüsusi önəm veririk. İstanbulda keçirilən növbəti Avrasiya İqtisadi Zirvəsində müzakirə olunan məsələlər də Azərbaycanın həm milli inkişaf strategiyasını, həm də regional maraqlarını özündə əks etdirir. Zirvə toplantısında aparılan müzakirələrdə, o cümlədən keçirilən ikitərəfli görüşlərdə biz Azərbaycanın mövqelərini çatdırmaqla yanaşı, birgə fəaliyyətin bəzi üstün tərəflərini də gündəmə gətirdik. Eyni zamanda, biz Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi faktını və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ağır nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdıq. Ümumiyyətlə, Zirvə toplantısında biz Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərinin əsas istiqamətlərini təmsil olunan bütün nümayəndə heyətlərinə çatdırdıq və onlarla səmərəli müzakirələr apardıq.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

