“CEPS” nəzərini Avropa İttifaqına yönəltsə, daha yaxşı olar!
10.04.2015 [09:56]
Yaxud “Azadlıq” qəzeti və Hrant Kostanyanın sinxron fəaliyyəti...
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır.
Azərbaycanın beynəlxalq imici pozitivdir
Sadalananlarla yanaşı, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, səmərəli beynəlxalq əlaqələrə malik olan, qlobal miqyasda etibarlı strateji tərəfdaş kimi tanınan ölkəmizdə ictimai-siyasi institutlar, o cümlədən, media qurumları qanunlar çərçivəsində sərbəst və azad fəaliyyət mexanizminə malikdirlər.
Azərbaycana qarşı “qara piar” kampaniyası anti-azərbaycançı mərkəzlərdən idarə olunur
Sadalanan pozitiv məqamlara və nailiyyətlərə baxmayaraq, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr “demokratiya”, “insan hüquqları” kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Əslində, bu cür təzyiq mexanizmləri və “qara piar” kampaniyasının arxasında məhdud geosiyasi maraqlara malik olan subyektlər dururlar. Bu dairələr vaxtaşırı olaraq bəyanatlarında, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Şübhəsiz, bu kontekstdə Azərbaycan da istisna təşkil etmir.
Həmin dairələr ekspert adı altında təxribatçı və qərəzli fəaliyyətlə məşğul olan şəxslərin, müəyyən maliyyə vəsaiti hesabına qərəzli materiallar dərc edən, dezinformasiya yayan yerli və transmilli media qurumlarının xidmətlərindən istifadə edirlər.
“CEPS” təşkilatı siyasi sifariş əsasında fəaliyyət göstərir
Qeyd etdiyimiz kimi, bu istiqamətdə müxtəlif məsələlərlə bağlı manipulyasiya edilir, “qara piar” kampaniyası aparılır. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları Azərbaycana, xüsusilə də ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına qarşı qərəzli kampaniyaya start veriblər. Xarici KİV-lərdə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv materialların sayının artması həmin dairələrin yenidən fəallaşdığını göstərir.
Vurğulamaq lazımdır ki, bu kampaniyada Avropanın müəyyən strukturlarında fəaliyyət göstərən ekspertlərin xidmətlərindən xüsusi istifadə olunur. Həmin ekspertlərin fikir və mövqelərinə nəzər saldıqda müəyyən olur ki, onlar birmənalı şəkildə anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirir, ölkəmizə qarşı qeyri-obyektiv mövqe və məlumatlarla çıxış edirlər. Belə şəxslərdən biri də Avropa Siyasəti Araşdırmaları Mərkəzinin (CEPS) tədqiqatçısı Hrant Kostanyandır. Onun fikir və mülahizələrinə nəzər yetirdikdə Azərbaycana qarşı qərəzli mövqedən çıxış etdiyi, təşkilatının konkret olaraq siyasi sifarişlər əsasında fəaliyyət göstərdiyi aşkar olur. Əsas qayəsi Avropa İttifaqı ölkələrinə, onların siyasi, iqtisadi münasibətlərinin araşdırılmasına aid olan bir təşkilatın - “CEPS”in öz istiqamət və sahəsindən kənar məsələlərə müdaxilə edərək qərəzli çağırışlar etməsi hər şeyi növbəti dəfə aşkar edir. Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına qarşı “qara piar” xarakterli siyasi manipulyasiyalar, bu məsələlərlə bağlı spekulyasiyalara yol verilməsi deyilənlərin bariz nümunəsidir.
“CEPS” Avropadakı kütləvi insan hüquqları pozuntularına niyə münasibət bildirmir?
Bu kontekstdə diqqət yetirilməsi vacib olan əsas nüans budur ki, müstəqil siyasət yeridən ölkələrə qarşı “qara piar” kampaniyasında aktiv təmsil olunan, öz qayəsindən uzaq fəaliyyət göstərən “CEPS” təşkilatı Avropadakı kütləvi insan hüquqları pozuntularına münasibət bildirmir. Azərbaycanda, guya, insan hüquqlarına dair problemlərin olduğunu söyləyən Hrant Kostanyanın təmsil olunduğu təşkilat öz nəzərini “qoca qitə”də baş verən olaylara yönəltməməklə selektiv yanaşmasını davam etdirir.
Sirr deyil ki, Avropada özlərinin sosial haqlarını ifadə və tələb etmək üçün dinc nümayişlər təşkil edən şəxslərə xəsarət yetirilməsi, kütləvi həbslərin həyata keçirilməsi və digər bu kimi zorakı vasitələrdən istifadə olunması birmənalı şəkildə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması deməkdir. Əgər sosial və hüquqi məsələlərdən qaynaqlanan nümayişlər ictimai asayişin pozulmasını, siyasi təxribatların meydana çıxmasını şərtləndirmirsə, bu zaman bu cür metodlara istinad edilməsi qanunla müəyyən olunmuş qayda və normaların, eləcə də, hüquq və azadlıqların pozulmasına dəlalət edir. Belə olan halda, demokratik siyasi sistemə malik olduğunu bildirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Avropa hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir? Sual olunur: müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı ən müxtəlif iradlar səsləndirən Avropanın özündə baş verənlər ikili standartlara, sosial ədalətsizliyə dəlalət etmirmi? Və yaxud “qoca qitə” dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən özü niyə yararlanmır?
Bəzi Avropa ölkələrində kütləvi aksiyalar, sözün əsl mənasında, xaos və anarxiya mühitinin yaranmasına səbəb olub
Deyilənlərin əyani nümunəsi qismində Avropanın aparıcı ölkələrində bir sıra hadisə və məqamlara nəzər yetirmək məqsədəmüvafiqdir. Məsələn, Almaniya KİV-in məlumatına görə, artıq bir müddətdir ki, bu ölkədə dini zəmində ciddi gərginlik hökm sürür. Beynəlxalq media da Almaniyada dini zəmində ciddi repressiyaların həyata keçirildiyini, xüsusilə də müsəlmanlara qarşı təqiblərin artdığını yazır. Məlumata görə, xüsusilə də müsəlmanların ibadət məkanlarına kütləvi hücumların təşkil olunması, hüquq-mühafizə orqanlarının təqibləri daha da gücləndirməsi ölkə daxilində gərginliyi artırıb. Məsələn, “Deutsche Welle” belə hadisələrdən birini gündəmə gətirərək ölkədə təhlükəli tendensiyaların cərəyan etdiyini yazır. Və ya bu ölkədə Avropa Mərkəzi Bankının korrupsiya faktına görə kütləvi iğtişaşlar bir çox məqamlardan xəbər verir. “Euronews”un məlumatında qeyd edilir ki, bu məsələ ilə bağlı Almaniyada baş tutan kütləvi aksiyalar, sözün əsl mənasında, xaos və anarxiya mühitinin yaranmasına səbəb olub. Avropa Mərkəzi Bankının Frankfurtdakı yeni binasının açılışı günündə nümayişçilər etiraz şüarları səsləndirərək şəhərdə polis maşınlarına od vurub, bir çox mağazaların şüşələrini sındırıblar.
“Reuters” isə yazır ki, iğtişaşlarda həbs olunan etirazçıların sayı 550, xəsarət alanların sayı 220 nəfərə çatıb. Onlardan 94-ü polis əməkdaşıdır. Aksiyaya qoşulan etirazçıların sayı 20 min nəfər civarında olub. İğtişaşlarda 7 polis avtomobili yandırılıb, bir çox mağaza və müəssisəyə ciddi ziyan dəyib. Polis aksiyaların dağıdılmasında su şırnağı, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
Avropada KİV-ə qarşı təzyiqlər və islamofobiya güclənməkdədir
Bundan başqa, Fransada mətbuat azadlığı ilə bağlı ciddi problemlər özünü göstərir. Ölkədə bir sıra nəşrlərə təzyiq edilməsi ilə bağlı xəbərlər Fransa KİV-in manşetində yer almaqdadır. Çap mediası ilə yanaşı, elektron KİV də ciddi problemlərlə qarşı-qarşıya qaldığını bəyan etməkdədir. Bu ölkədə əsas etibarilə, internet azadlığı ilə əlaqədar problemlər özünü göstərir və dövlət qurumları bu barədə cəmiyyətə aşkar informasiya vermir. Fransanın Daxili İşlər Nazirliyi isə bir müddət öncə yeni səlahiyyətlərindən istifadə edərək beş internet saytını məhkəmə qərarı olmadan bağlayıb. Əsas kimi göstərilən arqument isə bu informasiya portallarının ekstremist qüvvələrlə əlaqədar çalışmağıdır. Amma açıqlanan məlumatda heç bir təfərrüat verilməyib. Daxili İşlər Nazirliyinin məlumatında yüzlərlə saytın bağlanmasının gündəmdə olduğu da bildirilib. Fransada media nümayəndələri isə bunu mətbuata qarşı yönəlmiş təzyiq kimi qiymətləndirirlər. Artıq bu ölkə KİV-i qəzet səhifələrində və elektron mediada etiraz xarakterli çağırışlar yerləşdirir. Ekspertlər isə bildirirlər ki, müvafiq addımlar atılmayacağı halda, vəziyyət daha da gərginləşəcək. Təsadüfi deyil ki, bir sıra jurnalist təşkilatları bu hadisələri Fransada mətbuat azadlığı böhranı kimi dəyərləndirir. Buna müvafiq olaraq müxtəlif media qurumları etiraz çağırışları edir, bir çox hallarda isə sosial aksiyalar özünü göstərir. Bu yaxınlarda Parisin 17-ci rayonunda yerləşən ölkənin aparıcı Fransa radiosunun 500-dən artıq jurnalisti fəaliyyətlərini dayandıraraq uzunmüddətli tətilə başlayıb. Regional radio qovşaqlarının əməkdaşları da bu aksiyaya qoşulublar.
Eyni zamanda, Avropada islamofobiya güclənməkdədir. Hətta bir sıra dövlət qurumlarının rəhbərləri və məsul şəxsləri dini və irqi zəmində zərərli çağırışlar edirlər, bu isə cəmiyyət daxilində sosial gərginliyin artmasına səbəb olur.
Avropa ölkələrinin sadə vətəndaşları Aİ-nin siyasətinə etiraz edirlər
O da vurğulanmalıdır ki, Avropa ölkələrində sadə vətəndaşlar, ictimaiyyət Avropa İttifaqının siyasətinə kəskin etiraz edirlər. Məsələn, Belçikada keçirilən etiraz aksiyasında nümayişçilər parlament qarşısında Avropa İttifaqının bayrağını yandırıblar.
Lakin bütün bunlara baxmayaraq, nə “CEPS”, nə də Hrant Kostanyan bu məsələlərə münasibət bildirir. Bu isə bəhs edilən şəxs və təşkilatın qərəzli, ikili standartlara dəlalət edən mövqe və yanaşmasından xəbər verir. Bütövlükdə isə, “CEPS” nəzərini Avropa İttifaqına yönəltsə, daha yaxşı olar!
“Azadlıq” və “CEPS” eyni dairələrdən direktivlər alır
Daha bir maraqlı nüans ondan ibarətdir ki, dağıdıcı ünsürlərin ideoloji ruporu olan “Azadlıq” qəzeti ermənipərəst qüvvələrlə sinxron fəaliyyət göstərərək Hrant Kostanyanın tribunası qismində çıxış edir. Bu zamana qədər bəhs edilən şəxsin Azərbaycan əleyhinə olan, ermənilərin maraqlarını ifadə edən qərəzli fikirləri dəfələrlə “Azadlıq”da tirajlanıb.
Qeyd edək ki, H.Kostanyan Ramil Səfərovun azad edilməsinin əleyhinə olduğunu nümayiş etdirib və bununla bağlı yazılar yazıb. Nə yazıq ki, “Azadlıq” qəzeti ölkəmizin əleyhinə olan belə bir adamın fikirləri üçün tribuna rolunu oynayır.
Əslində, bəhs olunan qəzetin bu cür mövqeyi heç də təəccüblü deyil. Çünki Azərbaycan daxilində ciddi nüfuz sahibi, geniş oxucu kütləsi olmayan “Azadlıq” qəzetinin əsas qayəsi dezinformasiya və manipulyasiya vasitəsilə Azərbaycan dövləti və xalqı əleyhinə, erməni maraqları əsasında fəaliyyət göstərməkdir. Bu qəzetdə əksini tapan böhtan xarakterli məlumatlar, əsassız iddialar Azərbaycanın müsbət beynəlxalq imicinə zərbə vurmağa, ölkəmiz haqqında reallıqdan uzaq, mənfi təsəvvür formalaşdırmağa çalışan erməni təbliğatçılarının işinə yarayır. Bu səbəbdən də erməni mətbuatının anti-Azərbaycan fəaliyyətində “Azadlıq” qəzetində yayılan məlumatlara istinad etməsi halları təsadüfi deyil.
Bu qəzet, üstəlik, Azərbaycana qarşı heç də xoş məramı olmayan bir sıra xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərir. Beləliklə, “Azadlıq” qəzeti həm ölkə daxilindəki “beşinci kolon”un, həm də anti-Azərbaycan dairələrin ruporu qismində çıxış etdiyini öz fəaliyyəti ilə növbəti dəfə təsdiq edir.
Reallıqlar isə onu deməyə əsas verir ki, Azərbaycan əleyhinə “qara piar” kampaniyası aparan “Azadlıq” və “CEPS” eyni dairələrdən direktivlər alır. Cari ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qarşı boykot çağırışları da məhz bu sinxron fəaliyyətin təzahürü kimi çıxış edir.
“Siyasət” şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

