/ / Türkiyə-Azərbaycan münasibətləri bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb
Türkiyə-Azərbaycan münasibətləri bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb
04.04.2015 [11:11]
Aprelin 3-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan tanınmış media nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Həsənov Türkiyə-Azərbaycan münasibətlərinin bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynadığını bildirib. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də məhz Türkiyə olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların son durumu haqqında məlumat verən Əli Həsənov vurğulayıb ki, ölkəmiz rəsmi Ankaranın bu məsələ ilə bağlı tutduğu mövqeyi yüksək qiymətləndirir. Münaqişənin nizama salınması prosesində Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə, sülh variantına üstünlük verir. Eyni zamanda, dövlətimizin başçısı torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə olunacağını qətiyyətlə vurğulayıb.
Əli Həsənov diqqətə çatdırıb ki, azərbaycanlılara qarşı dəhşətli qətliamlar və terror aktları törədən ermənilər özlərini məzlum, əzilən millət kimi göstərərək, guya, türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə cəfəng iddialarla ictimai fikir formalaşdırırlar. Son zamanlar isə onların çirkin kampaniyalarına beynəlxalq qurumların inanmadığının şahidi oluruq. Azərbaycan dünyada haqq, ədalət axtarışına çıxaraq, erməni yalanlarını ifşa etməkdədir və bu kampaniyaların gerçəkləşməsində Türkiyə hər zaman ölkəmizin yanında olub.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrdən danışaraq bildirib ki, bu layihələr Azərbaycan, Türkiyə və digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisidir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələrdən sonra TANAP layihəsinin reallaşması ölkələrimizin regionda və dünyada nüfuzunu daha da artırıb.
Görüşün sonunda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova Türkiyə Qəzetçilər Federasiyasının mükafatı təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

