/ / Əli Həsənov: Cənubi Qafqazda alovlanmaqda olan “narkotik ocağının” vaxtında söndürülməsi üçün bəzi dövlətlərin ikili standartlardan əl çəkməsi lazımdır
Əli Həsənov: Cənubi Qafqazda alovlanmaqda olan “narkotik ocağının” vaxtında söndürülməsi üçün bəzi dövlətlərin ikili standartlardan əl çəkməsi lazımdır
17.03.2015 [10:15]
“Gələcəyi indidən dəhşətli görünən və Cənubi Qafqaz kimi həssas bölgədə alovlanmaqda olan “narkotik ocağının” vaxtında söndürülməsi üçün bəzi dövlətlərin ölkəmizə qarşı ikili standartlardan əl çəkməsi, xalqımıza zaman-zaman edilmiş təcavüzlərə son qoyulması, sərhədlərimizin bərpa olunması lazımdır”.
APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri Əli Həsənovun Komissiyanın İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndəki məqaləsində əksini tapıb.
Ə.Həsənov bildirib ki, son illər narkotik və psixotrop vasitələrə əhali, xüsusən də yeniyetmə və gənclər arasında meylin güclənməsi, onların istifadəsi ilə əlaqəsi olan xəstəliklərin çoxalması, narkotiklərlə əlaqəli sosial problemlərin aktuallaşması və digər amillər ölkədə bu problemin az da olsa artmasını göstərir: “Azərbaycanda ta qədimdən ailə münasibətlərindəki mühafizəkarlıq, böyüyün-kiçiyin yerinin bilinməsi, bəhs etdiyimiz məsələlərdə amortizasiya rolunu oynayıb, ümumən neqativ hadisələrin sağlam Azərbaycan ailəsinə nüfuz etməsinə imkan verməyib. Narkotiklərlə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir. Belə təhlükələrlə üzləşməməyimiz üçün bütün cəmiyyət bilməlidir ki, narkomaniya - qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşımızın ən müqəddəs borcu insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki, yalnız bu yolla əhalini, xüsusən gənclərimizi narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq”.
Ə.Həsənov qeyd edib ki, müvafiq Dövlət Komissiyası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət siyasətinin həyata keçirilməsini, aidiyyəti orqan ların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim nəzarətdə saxlayır: “Həyata keçirilən tədbirlərin səmərəliliyi qarşıya qoyulan barışmaz mübarizə xəttinin aparılmasına mühüm töhfələr verməkdədir. Ümidvarıq ki, Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

