“Azərbaycan Avropa ölkələrinin etibarlı strateji tərəfdaşıdır”
11.03.2015 [09:44]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədov Prezident İlham Əliyevin Bolqarıstan Respublikasına səfəri və bu səfərin mühüm perspektivləri barədə Axar.az-a müsahibə verib
- Martın 4-5-də Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri baş tutdu. Bu səfərin əsas məqsədi nədən ibarət idi?
- Hər şeydən öncə bu səfər bir daha göstərdi ki, Avropa ölkələri və ayrılıqda Avropa Birliyi Azərbaycanla əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə çox mühüm əhəmiyyət verir. Belə dövlətlərdən biri də Bolqarıstandır. Bolqarıstan prezidentinin dəvəti ilə İlham Əliyev martın 4-5-də bu ölkədə səfərdə oldu. İki ölkə arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfərin məqsədi münasibətlərə yenidən baxaraq inkişaf potensialının nəzərdən keçirilməsi ilə münasibət və əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsidir. Hesab edirəm ki, səfər çərçivəsində bu məqsədə nail olundu. Cənab Prezident səfər zamanı Bolqarıstan prezidenti ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirərək ikitərəfli münasibətlərin bütün aspektləri, hazırkı vəziyyəti, gələcək perspektivlərinə toxundu və bununla bağlı tərəflər öz mövqeyini ortaya qoyaraq geniş fikir mübadiləsi apardı. Eyni zamanda, belə bir görüş Bolqarıstanın baş naziri ilə baş tutdu.
Qeyd edim ki, hər iki görüşdə aparılan danışıqlar zamanı Bolqarıstan prezidenti ilə baş nazirinin mövqeləri üst-üstə düşürdü. Məlum olurdu ki, Bolqarıstan səmimi şəkildə Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm verir. Bu ölkə ilə tarixi yaxınlığımız var. Əlaqələr hələ XIX əsrdən formalaşıb. Bolqarıstan tərəfi əlaqələri daha da inkişaf etdirməyi qəti şəkildə qarşısına məqsəd qoyub. Aparılan danışıqlar zamanı siyasi, iqtisadi, ticari əlaqələr, enerji, mədəni və sərmayə qoyuluşu sahəsində, eyni zamanda, əczaçılıq sahəsində, ərzaq-yeyinti məhsullarının idxal-ixracı, turizm sahəsində, bank sektorunda, infrastruktur, nəqliyyat sahəsində əlaqələrin inkişaf perspekləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Düşünürəm ki, səfərdən gözləntilər böyük olduğu üçün bu, özlüyündə münasibətlərin inkişafına mühüm təkan verəcək. Burada əsas müzakirə istiqamətlərindən biri də Azərbaycanla Avropa Birliyi arasında əlaqələr və bu əlaqələrdə Bolqarıstanın rolu məsələsi idi. Qarşı tərəf bu məsələdə Azərbaycanı AB ilə əməkdaşlıqda dəstəkləyəcəyi haqqında konkret müsbət mövqeyini bildirdi. Yekunda iki mühüm sənəd imzalandı. Xüsusilə də prezidentlər arasında ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığını özündə ehtiva edən “Strateji tərəfdaşlıq haqqında” birgə bəyannamə qəbul edildi. Strateji tərəfdaşlıq haqqında Avropa ölkələri ilə imzalanan sənədlər içərisində bu, 7-ci belə sənəddir. Bu, Bolqarıstan səfərinin böyük uğurudur. Hesab edirəm ki, bu səfərdən sonra iki ölkə arasında əlaqələr daha da genişlənəcək.
- Novruz müəllim, səfər çərçivəsində Prezident İlham Əliyevlə Bolqarıstanın Baş naziri Boyko Borisovun birgə mətbuat konfransında enerji sahəsində bir çox məsələlərə toxunuldu. Ancaq Bolqarıstan tərəfi xüsusilə “Nabucco Vest” layihəsinin üzərində dayanaraq onun yenidən bərpasına xüsusi önəm verdiklərini qeyd etdi. Məhz bu səfərdən sonra sözügedən layihə yenidən gündəmə gəldi. Necə düşünürsüz, “Nabucco Vest” yenidən reallaşa bilərmi?
- Heç kimə sirr deyil ki, Azərbaycan enerji sahəsində Avropa ölkələrinin böyük və etibarlı strateji tərəfdaşıdır. Bu istiqamətdə Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Son illərdəki planlarda Trans-Anadolu - TANAP və Cənubi Qafqaz dəhlizi də daxil olmaqla bu layihələrin həyata keçirilməsi yer alır. TANAP-dan sonra isə Azərbaycanın böyük rolu və payı olan TAP layihəsi cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycanın enerji sahəsində Avropa Birliyi (AB) səviyyəsində həyata keçiriləcək ən böyük layihələrindən biridir. Bolqarıstan tərəfi bununla çox maraqlandı. Məsələn, Yunanıstanda TAP layihəsi həyata keçirilərkən bir qolun da ayrıca Bolqarıstandan keçməsi əsas müzakirə mövzusu oldu. Bolqarıstan rəhbərləri belə olacağı təqdirdə Rumıniya və Macarıstana qədər davam edən qolun bu ölkələrin qazla təchizatında da böyük rol oynayacağını qeyd etdi. Bu fikirlər bir növ “Nabucco” layihəsinin bərpasına bənzəyir. Bununla bağlı tərəflər arasında hələlik fikir mübadiləsi aparılıb. Proseslərin bundan sonrakı davamı, Bolqarıstan və AB-nin məsələyə olan mövqeyi və maliyyə dəstəyi ilə bağlı işlər barədə hələlik dəqiq fikir söyləmək çətin olsa da, bu barədə danışıqların baş tutması danılmazdır. Azərbaycan heç kimlə rəqabət aparmadan, enerji sahəsində dəstəyə ehtiyacı olan ölkələrlə qarşılıqlı, etibarlı əməkdaşlıqla iş görməyə hazırdır.
- Artıq Avropanın enerji təhlükəsizliyində mühüm bir faktora çevrilən Azərbaycanın bu sahədəki əlaqələri durmadan genişlənir. Bu gün ölkəmiz bir çox qabaqcıl Avropa dövlətləri ilə strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edir. Bütün bu faktorlar yaxın gələcəkdə Azərbaycanın Avropa Birliyinə üzvlük məsələsini də gündəmə gətirə bilərmi?
- Azərbaycanın həyata keçirdiyi əsas siyasət real siyasi prinsiplər üzərində qurulub. Biz o məsələlər haqqında fikir mübadiləsi aparırıq ki, onların həyata keçirilməsində tam real imkanların olduğunu görürük. Son 10-15 ildə gedən prosesləri təhlil etsəniz, görərsiniz ki, Avropa Birliyinə üzvlükdə heç də həmişə bütün faktorların ədalətlə nəzərə alınmasını müşahidə etmirik. Bəzən geosiyasi iddialar ortaya çıxır. Buna görə də, Avropa ölkələri ilə çox yaxşı əlaqələr və əməkdaşlıq həyata keçiririk. Ancaq Azərbaycanın hələ ki, Avropa Birliyinə üzvlüklə bağlı heç bir mövqeyi yoxdur. Əsas mövqeyimiz AB ilə strateji tərəfdaşlıq sənədi əsasında bərabərhüquqlu əməkdaşlığımızı davam etdirməkdir. Düşünürəm ki, Avropa ölkələrinin və AB-nin buna çox böyük ehtiyacı var. Əgər Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi verə biləriksə, bunu da etməyə hazırıq.
- Bolqarıstan səfərinin ardından ölkə başçısı İtaliyaya - Vatikana səfər etdi. Siz də bu səfərdə yaxından iştirak etmisiniz. Vatikanda Roma Papası ilə Prezident İlham Əliyevin görüşü barədə nə deyə bilərsiz?
- Vatikanda Roma Papası və Vatikanın baş naziri ilə görüşlər oldu. Cənab Prezident bu görüşləri Mehriban xanımla birlikdə keçirdi. Ölkə başçısının Vatikanın dəvəti ilə bu ölkəyə səfər etməsi Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verilməsinin bariz nümunəsidir. Müəyyən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Səfər çərçivəsində Roma Papası və Vatikan baş nazirinin Azərbaycanla əlaqələrə çox böyük əhəmiyyət verdiklərinin şahidi oldum. Vatikan Azərbaycanda dini icmalar arasındakı anlaşma, qarşılıqlı əməkdaşlıq və pozitiv münasibətlərə çox yüksək qiymət verir. Digər tərəfdən isə, Vatikan Azərbaycanın dinlərararsı əməkdaşlıq və əlaqələrə çox böyük töhfə verməsini yüksək qiymətləndirir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, hazırkı proses və bunun gələcək perspektivləri hərtərəfli müzakirə olundu. Prezident Roma Papasını və baş naziri Qarabağ məsələsi ilə bağlı ətraflı şəkildə məlumatlandırdı. Çünki bu məsələdə Ermənistan tərəfinin vaxtı hər zaman uzatması və münaqişənin həllinə meyilli olmaması ilə bağlı ətraflı məlumatın Vatikanın nəzərinə çatdırılmasının çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu, özlüyündə gələcək danışıqlar prosesinə müəyyən təsirlərini göstərəcək.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

