“ADA” Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25.02.2015 [01:00]
“ADA” Universitetinin təhsilin idarə edilməsi fakültəsi və ABŞ-ın Miçiqan Universitetinin Təhsil Kolleci arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
“ADA” Universitetindən AzərTAc-a bildiriblər ki, memorandum bu ali məktəbdə yeni yaradılan fakültə üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanmasını, yüksək ixtisaslı müəllim kadrların yetişdirilməsini, tələbə və müəllim mübadiləsini, birgə konfrans və seminarların təşkilini nəzərdə tutur.
İmzalama mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov “ADA” Universitetində yaradılmış fakültənin təhsilin idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanmasına, ölkəmizdə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məqsədlərinə nail olunmasına kömək edəcəyinə əminliyini bildirib.
Vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu əməkdaşlıq ölkəmizdə təhsil sahəsindəki islahatlara töhfəsini verəcək.
Qeyd edək ki, fevralın 17-19-da Miçiqan Universiteti Təhsil Kollecinin dekanı Donald Heller və beynəlxalq proqramlar direktoru Todd Drummondun “ADA” Universitetinin rəhbərliyi, müəllimləri ilə görüşü keçirilib, ikitərəfli əməkdaşlıq və gələcək addımlar müzakirə olunub. Görüşdə “ADA” Universitetinin rektoru Hafiz Paşayev təhsil və tədqiqat sahələrində beynəlxalq əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq ikili dərəcə proqramlarının və birgə elmi araşdırmaların həyata keçirilməsinə yönəlməlidir.
Səfər çərçivəsində Bakı məktəblərinin müəllim və direktorları dekan Donald Hellerin “Müasir təhsilin meyilləri” mövzusunda mühazirəsini dinləyib. Qonaqlar “ADA” Universitetindəki həmkarları ilə birgə Bakının 132-134 nömrəli Təhsil Kompleksini ziyarət edib, müəllimlərlə görüşlər keçirib.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01

