Azərbaycan iqtidarı konstruktiv siyasi təsisatlarla dialoqun davam etdirilməsi tərəfdarıdır
19.02.2015 [12:44]
Əli Həsənov: Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, ictimai-siyasi institutların fəaliyyətinə müsbət töhfə verən institusional islahatların həyata keçirilməsi təşkil edir. Söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın və vətəndaş cəmiyyətinin müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, o cümlədən ictimai-siyasi institutların legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması Azərbaycanın intensiv inkişafının, əsaslı ictimai-siyasi sabitliyin və siyasi sistemin dinamikliyinin davamlı olacağına əminlik yaradır.
Eyni zamanda, Azərbaycan siyasi, hüquqi islahatları davam etdirmək əzmindədir və bu kontekstdə həyata keçirilən bütün tədbirlər siyasi sistemin təkmilləşməsinə xidmət edir.
Bütün bunların fonunda Azərbaycan iqtidarı konstruktiv siyasi fəaliyyətə malik olan institutlarla dialoq təşkil etməklə də siyasi sistemin inkişafına xüsusi diqqət yetirir. Çünki siyasi dialoq, bir tərəfdən, partiyalar və digər təsisatlar arasındakı münasibətlərin əməkdaşlıq, sağlam rəqabət müstəvisində cərəyan etməsini şərtləndirir, digər tərəfdən isə, siyasi sistemin struktur elementlərinin təkmilləşməsinə müəyyən töhfələr verir. Ümumiyyətlə, siyasi dialoq fəaliyyətdə olan aktorların müəyyən dəyərlər və maraqlar əsasında digər subyektlərlə yaratdığı siyasi ünsiyyət formasıdır. Başqa sözlə, siyasi dialoq özündə müəyyən dəyərlər, maraqlar, məsələlər və tərəfləri ehtiva edən əlaqələr sistemidir. Müxtəlif cəmiyyətlərdə siyasi sistemin xarakteristikasından asılı olmayaraq birbaşa və ya dolayı şəkildə baş tutan dialoq tərəflər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər ətrafında həyata keçirilir və bir çox hallarda dialoqun nəticəsi kimi qəbul edilmiş qərarlar cəmiyyət daxilində bu və ya digər ictimai-siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu baxımdan, ölkəmizdə də konstruktiv siyasi subyektlərlə Azərbaycan iqtidarının dialoq mexanizminin formalaşdırılması sadalananlar baxımından müstəsna önəm kəsb edir.
Bu kontekstdə xüsusi əhəmiyyət kəsb edən nüans budur ki, siyasi islahatları mütəmadi şəkildə davam etdirən Azərbaycan iqtidarı hər zaman siyasi təsisatlarla dialoqun davam etdirilməsi tərəfdarı kimi çıxış edib. Vaxtaşırı müxalifət partiyaları ilə görüşün keçirilməsi bunu göstərən növbəti faktdır. Xatırladaq ki, fevralın 12-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə növbəti görüşündə bu məsələlər diqqət mərkəzində olub. Əli Həsənov görüşdə bu məqamı xüsusilə diqqətə çatdırıb ki, Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər: “Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, daxili və xarici siyasətinin taleyini müəyyən edir. Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif olan qüvvələr arasında ölkənin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələ müzakirə mövzusu ola bilər. Əminəm ki, bu görüşdə də siyasi partiya rəhbərləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz gələcəkdə müzakirələr aparıb müəyyən fikrə gələcəyik”.
O da qeyd edilməlidir ki, siyasi dialoq siyasi sistemlə yanaşı, siyasi mədəniyyətin də təkmilləşməsinə mühüm töhfələr verir. Ümumiyyətlə, müxtəlif ölkələrin inkişaf səviyyəsini qiymətləndirərkən əsas götürülən fundamental meyarlardan biri kimi siyasi mədəniyyət amili ön plana çəkilir. Son zamanlar müxtəlif strateji araşdırma mərkəzləri milli dövlətlərin daxili potensialı və gücünü, perspektiv inkişaf istiqamətlərini dəyərləndirmək üçün siyasi sistemin mühüm struktur elementlərindən olan siyasi mədəniyyəti xüsusi tədqiqat obyekti kimi nəzərdən keçirirlər. Yuxarıda bəhs edilən görüş siyasi mədəniyyətlə yanaşı, vətəndaş cəmiyyətinin inkişafı nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Təbii ki, burada Azərbaycan iqtidarının ali siyasi iradəsi müstəsna önəm daşıyır. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi: “Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsinlər, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Hazırda siyasətin formalaşdırılmasında, dövlətin idarə edilməsində ictimai şuraların yaradılmasına böyük əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılır. Hesab edirik ki, dövlət siyasətinin formalaşmasında da elə ictimai şura rolunu bu görüşlər oynayacaq”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

