ABŞ ötən illər ərzində Azərbaycanla qurulmuş güclü əlaqələri davam etdirmək istəyir
18.02.2015 [11:21]
ABŞ Azərbaycanla 20 ildən artıq tarixə malik əməkdaşlığı yüksək qiymətləndirir. Rəsmi Vaşinqton ötən illər ərzində qurulmuş güclü əlaqələri davam etdirmək istəyir.
AzərTAc xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nuland fevralın 17-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Viktoriya Nuland bildirib ki, ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələri üzrə əməkdaşlıq mövcuddur. Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstanda və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq. Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyinin, Avropa Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də Azərbaycana gəlib. Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin gücləndirilməsi sahəsində müzakirələr aparılır.
Dövlət katibinin müavini qeyd edib ki, ölkələrimiz arasında enerji sahəsində görülən işlər çox yaxşı səviyyədədir. Biz əlavə işlər görməyə, layihələr həyata keçirməyə çalışırıq. Ölkələrimizin birgə həyata keçirdiyi ilk layihə Bakı-Tbilisi-Ceyhan layihəsi olub. Hazırda “Cənub” qaz dəhlizi layihəsinin reallaşması istiqamətində birgə çalışırıq. Bu, yalnız Azərbaycan deyil, eyni zamanda, Avropada indiyə qədər yalnız bir mənbədən asılı olan bütün ölkələr üçün əhəmiyyət kəsb edir. Bu, ABŞ, Avropa və Azərbaycan üçün müştərək bir layihədir.
Hökumətlə vətəndaş cəmiyyəti arasındakı dialoqun əhəmiyyətini vurğulayan V.Nuland bildirib ki, belə təmasların qurulması gələcək baxımından çox vacibdir. ABŞ Azərbaycanda hökumətlə vətəndaş cəmiyyəti arasında bu cür təşəbbüsləri və dialoqları 20 ildən artıqdır ki, dəstəkləyir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət katibinin müavini son vaxtlar qoşunların təmas xəttində gərginliyin artmasının narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Ermənistan silahlı qüvvələrinin girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı suala cavabında Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Ermənistan humanitar jest olaraq girovları geri qaytarmalıdır. V.Nuland girovların azad edilməsi məsələsini Ermənistana səfəri zamanı da qaldıracağını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

