Siyavuş Novruzov: İqtidar-müxalifət dialoqu mütəmadi xarakter ala bilər
11.02.2015 [10:05]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov fevralın 12-də keçiriləcək iqtidar-müxalifət görüşünü tədqirəlayiq hesab edir.
S.Novruzov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalar bu dialoqa dəvətlidirlər: “Dialoq, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, həmçinin, Yeni Azərbaycan Partiyasının Dialoq və siyasi partiyalarla əlaqələr üzrə komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Əli Həsənov tərəfindən aparılacaq. Bütün siyasi partiyalarla birlikdə fikir mübadiləsi aparılacaq”.
O, qeyd edib ki, bundan öncə də siyasi partiyalarla görüşlər keçirilmişdi: “İlk olaraq parlamentdə təmsil olunan siyasi partiyalarla görüş keçirildi, müxtəlif məsələlər müzakirə edildi. Sonra qeydiyyatdan keçən bir qrup siyasi partiya ilə görüş keçirildi. Bu mərhələdə isə bütün qeydiyyatdan keçmiş siyasi partiyalar görüşə dəvətlidirlər və müəyyən fikir mübadiləsi aparılacaq, irəli sürülən təkliflər təhlil ediləcək və bunlardan hansı məqbul hesab olunacaqsa, bugünkü reallığa cavab verəcəksə, onların tətbiqi ilə bağlı müxtəlif addımların atılması haqqında müzakirələr aparılacaq”.
S.Novruzov əlavə edib ki, hökumət öz tərəfindən siyasi partiyalarla dialoq istiqamətində lazım olan addımları atır: “Vaxtilə ATƏT və yaxud Avropa Şurasının hər hansı qurumu belə görüşlər təşkil edirdi. Lakin indi bunların heç birinə ehtiyac yoxdur. Çünki siyasi partiyalar Azərbaycanda fəaliyyət göstərir və bu məsələdə heç bir xarici təşkilatın iştirakı olmadan Azərbaycanda olan siyasi partiyalar yığışıb ictimai-siyasi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparırlar”.
Millət vəkili hesab edir ki, əgər hər hansı bir siyasi partiyada qərəz yoxdursa, hər hansı bir siyasi partiya bu məsələyə öz şəxsi prizmasından baxmırsa, ümumdövlət, ümumxalq maraqlarından baxırsa, deməli, bu partiyaların hamısı orada iştirak edəcək və beləliklə, bu dialoq mütəmadi xarakter alacaq.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

