Əli Həsənov: İsrail mühüm strateji tərəfdaşdır
28.01.2015 [10:16]
Azərbaycan İsraili mühüm müttəfiq və strateji tərəfdaş hesab edir. “The Jerusalem Post” qəzetinin məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, bəzi kənar “təzyiqlərə baxmayaraq” Azərbaycanın İsraillə münasibətləri inkişaf edəcək. “Bizim bütün qonşu ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərimiz var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə”, - deyə Əli Həsənov bildirib. Şöbə müdiri buna misal olaraq Bakının Rusiya və ABŞ ilə münasibətlərini, həmçinin İran, Türkiyə və İsraillə tərəfdaşlığını göstərib.
Əli Həsənov deyib ki, o, yanvarın əvvəllərində Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə iştirak edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə Azərbaycanın İsraillə sürətlə inkişaf edən münasibətlərinin soyumasını, yaxud kəsilməsini tələb etsin.
Qəzet yazır ki, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Eyni zamanda, ölkənin coğrafi mövqeləri onun İsrail üçün nə dərəcədə mühüm olduğunu göstərir.
Şöbə müdiri deyib ki, İsrailin Azərbaycan üçün əhəmiyyətli ölkə olmasının səbəblərindən biri də onun Yaxın Şərqin mühüm dövləti və regionda qabaqcıl texnologiyalara malik olmasıdır. Bundan əlavə, İsraillə yaxşı münasibətlər Azərbaycana Vaşinqtonda da kömək edir. Belə ki, ABŞ paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və İsrail liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu müzakirələr və diskussiyalar aparırlar. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir.
Müəllif vurğulayır ki, Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycanın İsraillə yaxın münasibətlərinin digər müsəlman dövlətləri üçün də bir model olduğunu bildirib.
Prezident Administrasiyasının şöbə müdiri onu da qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığının bu cür inkişafı azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərdən irəli gəlir. Azərbaycanda yəhudi icmasının 2500 il tarixi olduğunu deyən Əli Həsənov deyib ki, hazırda ölkəmizdə doqquz minə qədər yəhudi, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır.
Şöbə müdiri əlavə edib ki, hansısa məsələlərdə İsraillə müsəlman ölkələri arasında anlaşılmazlıq olduğu halda belə, əməkdaşlıq etmək və münasibətlər qurmağın mümkün variantlarını tapmaq olar.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

