İsrailin Akko şəhərinin meri Milli Məclisdə olub
27.01.2015 [10:01]
Yanvarın 26-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə görüşüb.
Azərbaycan və İsrail arasında dostluq əlaqələrinin möhkəmləndiyini deyən Ziyafət Əsgərov münasibətlərimizin inkişafında yüksək səviyyəli görüşlərin əhəmiyyətli olduğunu bildirib. O deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ən çox əlaqədə olduğu dövlətlərdən biri də İsraildir. Xalqlarımız, dövlətlərimiz arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. Biz Azərbaycan-İsrail dostluğuna böyük önəm veririk.
Z.Əsgərov qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin, xalqların nümayəndələrinə qarşı dost və tolerant münasibət var. O cümlədən Azərbaycanda yəhudilər tam sərbəst şəkildə yaşayırlar. Ölkə ərazisində beş sinaqoq fəaliyyət göstərir. Azərbaycandakı yəhudi icması xalqımızın ayrılmaz tərkib hissəsidir.
Parlamentlərarası əlaqələrdən danışan Z.Əsgərov Milli Məclisdə İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini, bunun da əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.
Bakının çox gözəl şəhər olduğunu deyən Şimon Lankri bildirib ki, uzun müddətdir Akko şəhərində yaşayan azərbaycanlılarla çalışır. “Azərbaycanlılarla işləyən zaman gördüm ki, onlar həqiqətən çox etibarlı və gözəl insanlardır”, - deyə o, əlavə edib.
Qonaq Azərbaycanda yaşayan yəhudilərin heç bir çətinliyi olmamasının məmnunluq doğurduğunu söyləyib.
Mer Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evinin tikildiyini deyib. Bildirib ki, artıq binanın birinci mərtəbəsi tikilib. İyun ayında işlərin birinci mərhələsinin başa çatacağı gözlənilir.
Akko şəhərində Azərbaycanla bağlı təşkil edilən tədbirlər barədə məlumat verən mer qeyd edib ki, bu tədbirlərdən biri də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası və Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbir olub. Bu cür tədbirlər xalqlarımız arasındakı dostluq əlaqələrinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

