Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ADA Universiteti ilə Hyuston Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

ADA Universiteti ilə Hyuston Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

16.01.2015 [10:11]

Yanvarın 15-də ADA Universiteti ilə ABŞ-ın Hyuston Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və Hyuston Universitetinin rektoru Renu Xatur imzalayıblar.
ADA Universitetindən AzərTAc-a bildirilib ki, memoranduma əsasən tərəflər hər iki təhsil ocağının müəllim, professor və tələbə heyəti üçün yeni imkanların yaradılması istiqamətində əməkdaşlığa, birgə layihələr vasitəsilə Azərbaycan və ABŞ, Bakı və Hyuston arasında regional anlaşmanın inkişafına töhfələr verəcəklərinə, enerji sahəsi üzrə elmi araşdırmalar, birgə qısamüddətli ixtisasartırma və magistratura proqramları, o cümlədən tələbə mübadiləsi istiqamətində işlər görəcəklərinə razılıq veriblər.
Qeyd edək ki, ADA Universiteti artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina, Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra universitetləri ilə yaxından əməkdaşlıq edir.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31